Möcüzə...
Baş katiblə görüşlərdə nələr danışıldığı sirr olaraq qalır
Elçin CƏLILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
Dünən məşhur azərbaycanlı futbolçu Ələkbər Məmmədovun xatirəsinə təşkil olunmuş AFFA və futbol veteranları arasında yoldaşlıq oyunundan sonra assosiasiyanın baş katibi Elxan Məmmədov azerisport.com saytına açıqlamasında Topaz Premyer Liqasında (TPL) klub sayının artırılma ehtimalı barədə deyib: “Bunun üçün möcüzə baş verməlidir. Sənədlərin təqdim olunması və yoxlanışı başa çatıb. İcraiyyə Komitəsinin nəyi isə dəyişməyə gücü və səlahiyyəti var. Ancaq bizə klublar lazımdır, komandalar yox. Topaz Premyer Liqasında peşəkar klublar olmalıdır”.
Həqiqətən ortada bir möcüzə əlaməti mövcuddur. Ancaq bu, hazırkı durumda I Diviziondan TPL-ə komanda yüksəlməsi ehtimalı deyil, baş katibin istədiyi qədər səlahiyyətlərini aşmasıdır. Bu, doğrudan da möcüzəvi haldır.
Baş katib qərarlaşdırılmış prosesin icrasına nəzarət edəndir, yönəldici yox. Hansı məqsədlə bu qədər yönəltmələr edilir - açıq sualdır və ciddi araşdırmalara ehtiyacı var.
Son bir ayda I Diviziondan Topaz Premyer Liqasına keçid mövzularında bütün suallara manipulyativ cavablar verən baş katibin İK-nın qərarlarına təsir etmək məqsədi açıq sezilir. O, niyə bircə dəfə də olsun, bu məsələdə köməkçi, təşəbbüskar, dəstəkləyici mövqe tutmur? Ona görə ki, çoxdan izinə düşdüyümüz və ifşa etdiyimiz bir “monopoliya sistemi” var. Onun bu sistemdə kimləri himayə etdiyi, “komanda” necə, hansı şərtlərlə işləyir - açıq müşavirə keçirilməlidir, ictimaiyyətin nümayəndələri, mətbuat da iştirak etməklə bildirilməlidir. AFFA-nın prezidenti bunu etməlidir. Biz açıq-aşkar, faktlarla göstərək ki, “möcüzə”nin açılışı nədir.
Onun təklif etdiyiniz "şərtlərə" razılaşmayan hansısa klub TPL-ə buraxılmayacaq. Hansı şərtlərdir? AFFA rəhbəri araşdırma aparsın, məlum edəcək. Aparmasa, baş katibin özbaşına etdiyi bu davranışların məsuliyyəti geniş formatda sorğulanacaq.
***
“Xəzər” divizionun çempionu oldu. Bu klubun rəhbərliyi hələ görünməyib, ictimaiyyətlə, mətbuatla hansısa ünsiyyətdə olmayıb. Bilinmir ki, sponsorlar nə istəyir, məqsəd və planları nədir, AFFA-nın, daha dəqiq, baş katibin tutduğu inadkar qeyri-adekvat mövqenin səbəbi nədir. Baş katiblə görüşlərdə nələr danışılıb - bu da sirr olaraq qalır.
Bu, ayrı məsələ, ancaq onun hər bu mövzu düşəndə belə danışmağı ilk deyil. Bütün futbol proseslərini belə "siyasətlə" yönəldən Elxan Məmmədova qarşı çıxmağa çəkinənlər də var və gözümüzün önündədilər.
I Divizionun çempionu da TPL-ə yüksələ bilməyəcəksə, o lisenziya şərtlərinizin məqsədi nədir onda? Gilyotin funksiyası daşıyır?
Yəni o nə şərtlərdir ki, illərdir Diviziondan çempion kimi yüksək liqaya vəsiqə qazanan olmur? Cənab Rövnəq Abdullayev, tamamilə baş katibin sizə təqdim etdiyi ifadələrə inanmaqla qanun pozuntusuna yol verdiyinizin fərqindəsinizmi? İctimaiyyətin fikri, “qırılıb-məhv edilmək üzrə olan” müstəqil KİV-in fikrinə niyə önəm vermirsiniz?
***
Elxan bəy, çox aşırsınız səlahiyyətlərinizi. Möcüzə, bax, budur. Sizin qədər uğursuz addımlar atıb, faydalı nəticələr qazanmayan, ictimaiyyətdə bu qədər pis persona cızan birinin yenə də rahatlıqla psevdopolitikasını davam etdirməsi əsl möcüzədir.
Bu da bir etapdır. Və möcüzənin açılışı uzaqda deyil. Yəqin Luis Kerrolun Alisası kimi dovşan yuvasından keçib, “Möcüzələr diyarı”na qədəm qoyduğunuzu izlədiyimizdən xəbərdarsınız. Əsəri oxumusunuzsa, bilirsiniz ki, Alisa məhkəmə qarşısına çıxarılır və hamı oyun kartlarına dönərək, Alisanın üzərinə atılmağa başlayır.
Biz izinizdəyik, hörmətli baş katib. Möcüzələriniz həm əyləndirir, həm güldürür, həm də düşündürür...