vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ÜZBƏÜZ  
14:00 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«VİP» sədri «EL» rəsmisinə dava açdı

Əli Əliyev Eldəniz Quliyevi məhkəməyə verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Moderator.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) mətbuat vasitəsilə VİP, onun sədri Əli Əliyev və partiya üzvlərinə yönəlik davamlı təhqiredici fikirlər səsləndirmiş «El» hərəkatı adlı qurumun Ali Məclisinin sədri Eldəniz Quliyevin bu hərəkətlərinə görə qanun qarşısında cavab verməsi üçün addım atıb.

E.Quliyevin müxtəlif media orqanlarında VİP, Ə.Əliyev və partiya üzvlərinə qarşı işlətdiyi ifadələrin cinayət məsuliyyəti yaratdığını əsas götürən VİP həmin şəxsin xüsusi ittiham qaydasında məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edib. 

Adiçəkilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə tədbir görülməsinin istənildiyi şikayət ərizəsi 2014-cü il fevralın 17-də Xətai Rayon Məhkəməsinə təqdim olunub.