
“Çox sərt qərarlar verə bilərik”
Eldar Namazov: “1988-ci ildən bəri Ermənistan bu qədər zəif olmayıb”
Eldar Namazov: “1988-ci ildən bəri Ermənistan bu qədər zəif olmayıb”
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Mərhum prezidentin sabiq köməkçisi Eldar Namazov Qarabağla bağlı bəzi sirləri açdı
Şura hökumətini tanımayan kərbəlayilər, Milli Şuraya biət edib
YAP-dan Milli Şuranın mitinqinə münasibət
...Və ya bir müxalifətçidən bir jurnalistə «demokratiya dərsi...»
Azərbaycan prezidentinin keçmiş köməkçisi Eldar Namazov müsahibəsində siyasi münasibətlərdən danışıb
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
«Bu ifadələr Ziyalılar Birliyinin sədri adını daşıyan bir şəxsə heç yaraşmır»
«Vətəndaş cəmiyyəti kasıbdır»
«Facebook» müxalifətin savaş meydanına dönüb
Fransa səfirliyindən «Milli Şura»nı tanımadıqlarını dedilər
«Bu, mənim qismətim olub»
Eldəniz Quliyev Ziyalılar Forumundan danışdı
«Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz?»
«Bilirəm Rüstəm İbrahimbəyov Azərbaycana niyə gəlmir, amma ...»
Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli «Yeni Müsavat»a müsahibəsində işlətdiyi bəzi fikirlər müxtəlif reaksiyalara səbəb olub. Şura sədri deyib ki, Eldar Namazov MŞ ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışıb: «Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. MŞ-nin adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. Əlbəttə, bir siyasətçi kimi bu onun üstünlüyü idi.
Amma bu divident qalacaqmı? Bunu zaman göstərər. Digər məqsəd isə MŞ-nin namizədi olaraq seçkiyə qatılmaq idi. Buna isə nail ola bilmədi. Düzdür, ilk dövrlərdə o, bu çətinliyi düzgün qiymətləndirmir, namizəd olub seçiləcəyinin artıq həll olunduğunu gizlətmirdi. Amma həyat onun gözlədiyindən daha mürəkkəb oldu, hadisələr onun düşündüyündən daha çətin məcraya yönəldi. Ona görə də indi MŞ Eldar Namazov üçün maraqsız idi. Lakin bütün hallarda bu adamların MŞ-dən getməsi arzuolunan deyildi».
EL hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev MŞ sədri Cəmil Həsənlinin hərəkatın sədri Eldar Namazov haqqında dediklərinə münasibət bildirib.
E.Quliyev modern.az-a deyib ki, Cəmil Həsənli subyektiv fikirlərini söyləyir: «Hörmətli professor Cəmil Həsənlinin xətrini çox istəsəm də, onun fikrində subyektiv çalarların olduğunu deməliyəm. Hələ EL hərəkatı yarananda Eldar Namazov siyasi liderlə bərabərhüquqluluq statusu qazanmışdı. Şura yarananda EL-in fəaliyyəti donduruldu. Bir lider kimi hərəkatla bağlı işləri kənara qoyub, MŞ-nin işi ilə bağlı çalışdı. Ümumiyyətlə, bu cür polemikaların həm Eldar müəllim, həm də Cəmil müəllim tərəfindən qəzet səhifələrində aparılmasının əleyhinəyəm».
E.Quliyev qeyd edib ki, E.Namazov MŞ-nin namizədi olmağa çalışmayıb: «Həmin vaxt Rüstəm İbrahimbəyovla danışmışdım, namizədlə bağlı konkret ad çəkməmişdi. Orada bir neçə nəfərin adı hallanırdı. Bunlar Mehman Əliyev, Cəmil Həsənli, Zəfər Quliyev idi. Eldar Namazovun adı həmin sırada yox idi. Məncə, bu məsələdə bir az araşdırma aparmaq lazımdır. Bəlkə də Eldar Namazovun əvvəllər MŞ-nin vahid namizədi kimi seçkiyə qatılmaq iddiası var idi. Amma qarşıda partiyası strukturlaşmış İsa Qəmbər, prezident seçkilərində namizəd olmaq iddiası olmayan Əli Kərimli, ALP lideri Lalə Şövkət var idi. Əslində Rüstəm İbrahimbəyovun namizədliyi keçməli idi. Sadəcə, ona süni əngəllər yaratdılar. Hakimiyyət gördü ki, MŞ təkcə partiyaların koalisiyası deyil, xalqın əhəmiyyətli kəsiminin ümid yerinə çevrilir. Bu, hakimiyyət üçün ciddi əngəl idi. «Rusiyanın layihəsidir» deyə-deyə Rüstəm müəllimin vətəndaşlıq məsələsini ləngitdilər. Öz içimizdə də qüsurlar var idi. Məsələn, hadisələrin mahiyyətindən xəbəri olmayan Rəsul Quliyev yerinə və vaxtına uyğun olmayan açıqlamalar verirdi. Cəmil müəllim müsahibəsində tələskənliyə yol verib, amma bu, bağışlanandır. Eyni mövqeyi Eldar Namazov da nümayiş etdirmişdi. Siyasətdə tələskənlik praqmatizmlə üst-üstə düşmür».