vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
11:40 | 20 iyun 2018 | Çərşənbə Məqaləyə 2116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Razılıq əldə ediləcəyinə inanmırıq”

İran OPEC+ ölkələrinin görüşünə qatılmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İran OPEC+ ölkələrinin görüşündə iştirak etməkdən imtina edib. Bu barədə İranın neft naziri Bican Namdar Zənqane bildirib.

O, bəyan edib ki, İran OPEC+ ölkələrinin iyunun 23-də keçiriləcək görüşündə iştirak etməyəcək: “Sözügedən görüş zamanı razılıq əldə edilə biləcəyinə inanmıram. OPEC ABŞ prezidenti Donald Trampın təlimatlarını həyata keçirən təşkilat deyil”.

Xatırladaq ki, görüşdə OPEC ölkələri neft hasilatının həcminin artırılması ilə bağlı məsələni müzakirəyə çıxaracaqlar. ABŞ isə bazarda “qara qızıl”ın qiymətinin azaldılması üçün tədbirlər görülməsini dəstəkləyir. Bundan başqa, Rusiyanın energetika naziri Aleksandr Novak neft hasilatının həcminin sutkada 1,5 milyon barrelə qədər artırılmasını təklif edib.