vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
12:40 | 27 iyun 2018 | Çərşənbə Məqaləyə 2088 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“... Həll etsəydilər, qalacaqdılar”

İsgəndər Cavadov: ““Kəpəz”ə 10 gün vaxt verilmişdi”

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov “Kəpəz”lə bağlı danışıb. Həm də, Regional Futbol Federasiyasının rəhbəri olan veteran futbolçu fanat.az-a açıqlamasında 4 gün əvvəl “Kəpəz elitada qala bilər” açıqlamasını nəyə əsaslanaraq verdiyinə aydınlıq gətirib.

Cavadov belə deyib: “Komitədə Gəncə futbolunun elitada təmsil olunmasının vacibliyini bir neçə dəfə müzakirə etmişik. Biz də istəyərdik ki, qalsın. Mən özüm də Gəncə futbolundan çıxmışam. Bu şəhərin komandasının Premyer Liqada mübarizə aparmasını şəxsən özüm də arzulayırdım. Lisenziyalaşdırma Komissiyası bank təminatıyla bağlı tələbləri yerinə yetirə bilmədiklərini əsas gətirdi. "Kəpəz”ə vaxt verilmişdi. On gün ərzində bank təminatı məsələsini həll etsəydilər, qalacaqdılar. Belə qərara alınmışdı. Bilirsiniz ki, aşağı liqanın qalibi “Xəzər”in də eyni səbəbdən elitaya yüksəlməsi mümkün olmadı. Təəssüf ki, biz nəyisə dəyişə bilmərik. Futbol klublarımıza sponsorların maraq göstərməməsi acı nəticələr verir. Elitada komanda sayı artsa, yaxşı olar. Mən də bunun tərəfdarıyam”.