vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
18:17 | 28 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci vitse-prezidentə yeni köməkçilər təyin olundu

Onlar kimlərdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib. Vaxt.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Emin Hüseynov və Xalid Əhədovdur.

Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb. Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

Vaxt.az Birinci vitse-prezidentin yeni köməkçilərinin dosyelərini təqdim edir.

 

Xalid Əhədov kimdir?

Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili almışdır.

Xalid Əhədov uşaqlıqdan oxumağı sevərmiş. Verdiyi bir müsahibəsində qeyd bunları edib: “Uşaqlıqda riyaziyyatçı olmaq və Ferma teoremini sübut etmək istəyirdim.

Məktəbdə yaxşı oxuyurdum. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi oldum, bizim yığmamızın üzvü idim”.

Bankir tələbəlik illərindən işləməyə başlayıb.

Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görüb.

1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri

2005-ci il – “Bank of Baku” idarə heyəti sədrinin müavini.

2012-ci il – “Unibank” - İcraedici komitənin üzvü.

2015 il – “Unibank” - İcraçı Direktor vəzifəsi.

12.07.2016 – “Bank Standard” - baş direktor

2.12.2016  – “Azər Türk Bank” - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi

10.01.2017 – “Beynəlxalq Bank” - İdarə Heyətinə sədr

14.03.2018 – “Beynəlxalq Bank” - Müşahidə Şurasının üzvü


Xalid Əhədov o Atəşgah sığortanın müşahidə şurasının üzvü, Millikart prosesinq mərkəzinin Direktorlar şurasının sədri vəzifələrinidə icra etmişdir.

O, CFA 3 səviyyəsinə namizəddir.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

 

***

 

Emin Hüseynovun bioqrafiyası

 

12 noyabr 1974-cü ildə anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.

1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı 2001 – 2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtisadçı, 2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı, 2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru, 2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru, 2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı 2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru, 2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasının Strategiya və inkişaf məsələləri üzrə prorektoru, 2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektoru, 2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü kimi çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.

Ailəlidir, üç övladı var.