vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
14:31 | 31 avqust 2018 | Cümə Məqaləyə 2220 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birincisi prezidentə verildi

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır. Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.

Dövlətimizin başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirdi. Prezident İlham Əliyev elektron imza qoydu. Bir nömrəli elektron şəxsiyyət vəsiqəsi dövlətimizin başçısına təqdim olundu.

Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı Prezident İlham Əliyevə məlumat verdilər.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdiriləcək. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Şəxsiyyət vəsiqələrinin çapı isə Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.