vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
23:53 | 4 sentyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 2323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərenerji”nin yeni rəhbəri kimdir?

Elektrik mühəndisliyindən “Azərenerji” prezidentliyinə gedən yol…

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin bu gün sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Modern.az Balababa Rzayevin tərcümeyi-halını təqdim edir.

Rzayev Balababa Hüseynağa oğlu 10 iyun 1957-ci ildə Bakışəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub.

1964-1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olub və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsinin əyani şöbəsinə qəbul olunub. 1979-cu ildə bu institutu bitirərək “Elektrik şəbəkə və sistemləri” ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib.

4 sentyabr 1979-cu ildən “Melorasiya və Su Təsərrüfatı” Nazirliyinin “Abşeron Mexaniki Suvarma” İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib. 17 dekabr 1979-cu ildən “Azərsənayeelektrikquraşdırma” trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980-02.1981), iş icraçısı (02.1981-04.1985), sahə rəisi (02.1985-07.1986), baş mühəndis (07.1986-04.1988), idarə rəisi (04.1988-05.1998) vəzifələrində işləyib. 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə -  “Bakıelektro” ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

10 avqust 2006-cı il tarixdə “Bakıelektrikşəbəkə” ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub və B.Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub.

Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı sərəncamına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

Ölkə başçısının 10 avqust 2016-cı il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” adına layiq görülüb, 2017-ci ilin yanvar ayında Müstəqil Dövlətlər Birliyinin “Əməkdar mühəndisi” fəxri adı verilib. Azərbaycan Prezidentinin 9 iyun 2017-ci il tarixli sərəncamı ilə ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” oden ilə təltif olunub.

2015-2018-ci illərdə “Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub. 2015-ci ildə "Azərişıq" ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib, “Azərişıq” ASC-nin  bütün xidmətləri “ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub.

2018-ci ilin 4 sentyabr tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə B.Rzayev “Azərenerji” ASC-nin prezidenti təyin edilib.

Аiləlidir, iki övladı - bir qızı, bir oğlu, dörd nəvəsi var.