Pirverdiyevə «pir» də kömək edə bilməz
Hesablama Palatası «Azərenerji»də yoxlamalara başladı, tabeliyindəki zavod cəmiyyətin əlindən alındı, ASC prezidentinin kreslosu laxlayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
-
3 ilə 22 faizi məhv olan qoruq
Hirkan meşəsi üzərindən də duman dağılacaq
-
“Şahdəniz” proqnozları üstələdi
İstehsalat planı 106,2 faiz yerinə yetirilib
-
Bahar yatağının gəliri 4 dəfədən çox olub
Amma bəzi quyularda hasilat gözləniləndən aşağıdır
-
Pirverdiyevin işığını “söndürən” səbəb
Dövlət Komissiyası “Azərenerji”də ciddi nöqsanlar aşkarlayıb ...
-
Pirvrediyevin yox olan etibarı
Prezident İlham Əliyev “Azərenerji”nin rəhbərini qovdu, yerinə ...
-
Pirverdiyev utanıb istefa verəcəkmi?
“Azərenerji”nin rəhbəri “yeni stansiyalar açılır” deməklə “oynayırmış”
-
“Cavab ver, ...”
İlham Əliyev Etibar Pirverdiyevin sözünü kəsdi: “Ölkə niyə qaranlıq bürümüşdü?”
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
-
Hesablama Palatası ilə hesablaşmayanlar...
Rusiyada HP-nin təqdimatı qubernatorların dərhal həbsi üçün əsas sayılır, Azərbaycanda isə...
-
Hesablama Palatasına yeni səlahiyyətlər
Təzə qanun hazırlanır
-
Şəmsəddin Hacıyevin günəşi sönür
Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür
-
Antikorrupsiya həbsləri gözlənilir
Məmurlara nəzarət gücləndirilir; xəbərlər var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlayacaq; kimlər hədəfdədi?
-
Deputat həbs olunacaq?
Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi
-
5 milyon manat büdcəyə qaytarılıb
Hesablama Palatası rəqəmlər açıqladı
-
Xarici kreditlərdə iştirak payı artırılır
Hesablama Palatasının qanun layihəsi ilə bağlı rəy təqdim edib
«Sumqayıt Texnologiyalar Parkı» «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevdən alınır. Vaxt.az Qaynar.info-ya istinadən verdiyi xəbər verir ki, artıq Hesablama Palatası bu gündən zavodda yoxlamalara start verib.
Yoxlamalara səbəb zavodda baş verən
böhran və 2014-cü ildən STP-də işçilərin əmək haqlarının gecikməsi olub.
Bildirilir ki, az miqdarda maaş almalarına baxmayaraq, işçilərin maaaşlarının
gecikməsi artıq ciddi qalmaqal yaradıb.
Məlumatı verən mənbənin sözlərinə görə,
işçilərin maaşları Etibar Pirverdiyev tərəfindən şəxsi bankı olduğu iddia
edilən «Azəriqazbank»da dövriyyəyə buraxılıb.
Məlumatda iddia olunur ki, Etibar
Pirverdiyevin yerinə «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri Baba
Rzayev gətiriləcək. Artıq bununla razılıq da əldə olunub. Həmçinin STP-də çoxlu
yeyinti faktlarının üzə çıxdığı, bununla bağlı maxinasiyaların iştirakçısı olan
şəxslərin vəzifələrindən çıxarıldığı iddia olunur.
Məlumatda o da bildirilir ki, zavodun
direktoru Etibar Piriverdiyevin yaxın qohumlarından biri - xalası oğludur.
Hazırda isə STP-də Hesablama Palatası tərəfindən audit yoxlamaları davam edir.
Auditlər zavodun bütün maliyyə sistemini, gəlir-çıxarlarını araşdırdıqdan sonra
yuxarı dairələrə məlumat veriblər.
Qeyd edək ki, Vergilər Nazirliyi 2012-ci
ilin mayında «Sumqayıt texnologiyalar parkı» (STP) MMC-ni qeydiyyata alıb. Onu
«Azenco Group» MMC təsis edib.
Rəsmi məlumatlarda bildirilir ki,
MMC-nin nizamnamə kapitalı 1000 manatdır. Texnopark rəsmən 2000-ci illərin
ortalarından «AzerEnerji» ASC-nin struktur şöbəsi kimi fəaliyyət göstərib. Onu
heç də şəffaf şəkildə özəlləşdirməyiblər.
STP-nin «Azenco»dan ayrılması qərarı
səhmdarların ümumi yığıncağında qəbul edilib. STP ən sürətlə inkişaf edən
biznes strukturlardandır. STP-yə 17 elektroenergetika, maşınqayırma və s.
zavodları daxildir.
Qeyd edək ki, STP-yə ölkə başçısı İlham
Əliyev bir neçə dəfə baş çəkib. Ancaq onu STP və ya Azenco rəhbərləri yox,
«AzərEnerji» prezidenti Etibar Pirverdiyev müşayiət edib. Bu da zavodun Etibar
Pirverdiyevin nəzarətində olduğunu təsdiq edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.