vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
20:39 | 26 iyun 2022 | Bazar Məqaləyə 1535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 ilə 22 faizi məhv olan qoruq

Hirkan meşəsi üzərindən də duman dağılacaq

Xəqani SƏFƏROĞLU

Ekologiya Nazirliyi Hirkan meşəsinə media tur təşkil edib. Fotoları gördüm.

Yadıma Hesablama Palatasının ötən il üçün açıqladığı hesabat düşdü. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyəti ilə bağlı monitorinqlər Lənkəran və Masallının regional mərkəzlərində aparılıb.

Bu hesabata görə, meşə təsərrüfatı işləri çərçivəsində zəruri meyarların nəzərə alınmaması səbəbindən  2017-20-ci illər ərzində 8,7 min hektar ərazidə həyata keçirilmiş meşə əkinlərinin 22 faizi məhv olub. 

Turizm və idman məqsədləri üçün istifadəyə verilmiş meşə fondu sahələrində yalnız kafe-restoran fəaliyyəti təşkil edilib. 

Meşə fondu torpaqlarının icarəçilərlə müqavilələrinin vaxtının bitməsindən sonra yeni müqavilələr bağlanmayıb. Torpaqdan istifadə hüququ verən müqavilələr olmadan sahibkarlıq fəaliyyəti çoxluq təşkil edib. Bu rəqəm 65 faiz civarında olub. 

Torpaq sahələrinin istifadəsindən tutulan 500 min manat icarə haqqı dövlət büdcəsinə köçürülməyib.

Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (EPİ – Environmental Performance İndex) üzrə 2020-ci il üçün aparılmış beynəlxalq araşdırma ilə bağlı hesabatda  isə Azərbaycan kədərli nəticə göstərir.

“EPİ 2020”nin reytinq cədvəlində Azərbaycan  46,5 balla 72-ci yeri tutur. Bu yer üzrə göstəricilər o qədər də yaxşı hesab olunmur.

Hələ kəsilən nadir ağaclar, mebel sexlərinə daşınan qiymətli ağaclar...

Biz bunları yazanda Nazirliyin xoşuna gəlmir. 

Hirkan talış dilində “dumanlı yer” deməkdir. 

Duman dağılanda isə səma həmişə aydın görünür. 

Duman əbədi olmur!