Deputat həbs olunacaq?
Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
-
3 ilə 22 faizi məhv olan qoruq
Hirkan meşəsi üzərindən də duman dağılacaq
-
“Şahdəniz” proqnozları üstələdi
İstehsalat planı 106,2 faiz yerinə yetirilib
-
Bahar yatağının gəliri 4 dəfədən çox olub
Amma bəzi quyularda hasilat gözləniləndən aşağıdır
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
-
Hesablama Palatası ilə hesablaşmayanlar...
Rusiyada HP-nin təqdimatı qubernatorların dərhal həbsi üçün əsas sayılır, Azərbaycanda isə...
-
Hesablama Palatasına yeni səlahiyyətlər
Təzə qanun hazırlanır
-
Korrupsiya ittihamı ciddiləşir
YAP-çı deputatın mandatı alına bilər; Antikorrupsiya idarəsinin rəisi sabiq rektor Şəmsəddin Hacıyevin istintaqı və ifadəsinin alınması barədə nələr dedi?
-
4 il oxu, axırda da qal işsiz...
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
-
Həbsi gündəmdə olan YAP-çı deputat haradadır?
İddialara görə, Şəmsəddin Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayır və çıxış yolları arayır
-
Şəmsəddin Hacıyevin günəşi sönür
Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür
-
Antikorrupsiya həbsləri gözlənilir
Məmurlara nəzarət gücləndirilir; xəbərlər var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlayacaq; kimlər hədəfdədi?
-
5 milyon manat büdcəyə qaytarılıb
Hesablama Palatası rəqəmlər açıqladı
-
Xarici kreditlərdə iştirak payı artırılır
Hesablama Palatasının qanun layihəsi ilə bağlı rəy təqdim edib
-
«Azəriqaz»ın ciddi nöqsanları
Qurumun balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürüldüyü üzə çıxıb
-
«Kökündən yanlışdır»
İqtisad Universitetində nələr baş verir?
Bu gün Hesablama Palatası növbəti kollegiya iclasını keçirib. Virtualaz.org Palatanın saytına istinadən xəbər verir ki, iclasın gündəliyində bir məsələ dayanırdı-Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasına, icrasına dair aparılmış auditin nəticələrinə dair hesabatın müzakirəsi.
Məlumatda deyilir ki, Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
Hesablama Palatası həmin qərarın icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsinə və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmasına da qərar verib. «İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib», - məlumatda deyilir.
Azərbaycan Dövlət İqtisad Universitetində 2012-2014-cü illər Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin rektorluq etdiyi dövrdür. Şəmsəddin Hacıyev Azərbaycanın ali təhsil sisteminin ən korrupsiyalaşmış rektorlarından biri hesab olunurdu və onun barəsində dəfələrlə mətbuatda ciddi korrupsiya əməllərinə dəlalət edən iddialar dərc edilib. Bəs Hesablama Palatasını Şəmsəddin Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetində düz on ilik rektorluq fəaliyyətinin son üç ilini niyə yoxlamaq qərarına gəlib və Palatanın açıqlamasında bəhs edilən «ciddi nöqsanlar» nədən ibarətdir?
Təhsil sektorundakı mənbələr virtualaz.org-a bildiriblər ki, Hesablama Palatasının keçirdiyi audit zamanı ortaya çıxan korrupsiya faktları kifayət qədər ciddidir. Mənbənin bildirdiyinə görə bura təhsil haqqı kimi daxil olan külli miqdarda vəsaitlərin mənimsənilməsi, xüsusən Dağıstan universitetlərindən çoxsaylı tələbə köçürmələrinin həyata keçirilməsi və bu zaman sanballı məbləğlərdə rüşvət alınması, büdcə vəsaitlərinin talan edilməsi kimi əməllər daxildir.
Məlumatlara görə deputatın ailə üzvlərinin idarəçiliyidə olan «Turan-2009» MMC, «İqtisadçı» MTK və digər şirkətlər onun universitetdə qurduğu korrupsiya sxemində əsas rol oynayıblar. Həmin şirkətlər tenderlər keçirilmədən universitetdən hər il milyonlarla manatlıq sifarişlər alıblar. Təkcə 2013-ci ildə həmin şirkətlər üzərindən universitetin büdcəsindən 11.3 milyon manata yaxın vəsait çıxarılıb. Pullar dəftərxana ləvazimatlarının, inventarların, maşın və avadanlıqların alınması, o cümlədən sağlamlıq kompleksinin tikintisi (7.5 milyon manata yaxın) kimi təyinatlar üzrə silinib.
Mətbuatda habelə Şəmsəddin Hacıyevin rektor olduğu dövrdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı üzərindən tələbə köçürmələri həyata keçirməklə hər il milyonlarla manat əldə etdiyi barədə iddialar yer alır. Belə ki, qəbul imtahanlarında kifayət qədər bal toplaya bilməyən tələbələr Dərbənd filialına imtahansız birinci kursa qəbul edilir, növbəti il isə on minlərlə manat rüşvət əvəzində köçürmə yolu ilə universitetin özünə-birbaşa ikinci kursa daxil olurdu. Bütün bunlar Şəmsəddin Hacıyevin rektor fəaliyyəti ilə bağlı uzun müddət mətbuat səhifələrində yer alan və Hesablama Palatasının indi yoxladığı faktlardan ancaq bir qismidir. İndi gözləmək lazımdır ki, Baş prokurorluq Hesablama Palatasından daxil olan, ciddi korrupsiya faktlarından ibarət hesabatla bağlı hansı tədbir görəcək.
Xatırladaq ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri olan Ş.Hacıyev 2004-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru olub və hazırda həmin təhsil ocağında Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiridir.