Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
13:36 | 1 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 2402 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
SOCAR, “TotalEnergies”, ADNOC və BOTAŞ Bakı Enerji Həftəsində birgə sənəd imzaladı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Avropada yeni enerji qərarı qüvvəyə minir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Azərbaycanda gələn il neft hasilatının həcminin 4,6 faiz azalacağı, əmtəəlik təbii qaz hasilatının həcminin isə 6,2 faiz artacağı nəzərdə tutulub. “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, neft-qaz sektorunda artım “mavi yanacaq” hasilatının artımı hesabına olacaq.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 34 milyon 830,3 min ton neft və 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bu da 2021-ci ilin faktiki göstərici ilə müqayisədə neft hasilatında (qaz kondensatı ilə birlikdə) 0,7 faiz çox, qaz hasilatında isə 0,8 faiz azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib. Qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.