vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
11:30 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ciddi nəsə yoxdur”

Zeynəb Xanlarovanın oğlu: “Anam tez-tez Azərbaycana gəlib-gedir”

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovadan uzun müddətdir ki, xəbər yoxdur. Bəzi iddialara görə, sənətkarın səhhətində problemlər yaranıb.

Modern.az saytı iddialara cavab almaq üçün oğlu Ramin Babayevlə əlaqə saxlayıb. Ramin Babayev saytımıza açıqlamasında deyib ki, anasının səhhəti normaldır və o, sənəti ilə məşğuldur.

“Bilirəm ki, Zeynəb Xanlarova ilə hamı maraqlanır. Araya bir az sükut çökən kimi şayiələr yayılır. Övladı olaraq deyə bilərəm ki, anamın səhhəti çox yaxşıdır. Yay boyunca həm istirahət edib, həm də sənəti ilə məşğul olub.  Gah Amerikada, gah da Türkiyədə olur. Bu yaxınlarda Türkiyənin paytaxtı Ankara da daxil olmaqla, bir neçə şəhərdən konsert verməsi ilə bağlı təkliflər gəlib. Çalışır ki, təklifləri cavabsız qoymasın, konsertlər versin. Demək olar ki, Zeynəb xanım tez-tez Azərbaycana gəlib-gedir. Yeni mövsümdən ölkədə olacaq”.

Ramin Babayev öz işlərindən də söz açıb.

“2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışırdım. Bildiyiniz kimi, həmin komitə bu ilin aprelində ləğv edilib. Komitə ləğv ediləndən bu günə kimi işsizəm. Oturub evimdə dincəlirəm. Düzdür, iş təklifləri gəlir. Hələ ki, ciddi nəsə yoxdur”.