vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
21:31 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 2323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstanda Avropa qadağaları

Niqab və çadra qara siyahıda

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması təklif edilir.

Bununla bağlı Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsi hazırlayıb.

Layihəyə əsasən, meydan, park, bütün ictimai nəqliyyat növlərində və digər ictimai yerlərdə niqab və çadradan istifadəyə 500 lari (190 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq oluna bilər.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.

Sənəddə qeyd olunub ki, düzəlişlərin hazırlanması son illər Gürcüstana gələn turistlərin sayının artması ilə bağlıdır: “Üzü bağlayan geyimlər şəxsin identifikasiyasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır”.

Qeyd edək ki, bəzi Avropa ölkələrində niqab və çadraya artıq qadağa qoyulub. (Report)