Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
00:57 | 15 may 2022 | Bazar
Məqaləyə 1220 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Gürcüstanın separatçı Cənubi Osetiya regionunun lideri cümə günü iyulda Rusiyaya qoşulmaqla bağlı referendumun keçiriləcəyini elan edib. Rusiya 2008-də Gürcüstanla qısa müharibən sonra faktiki olaraq regiona nəzarət edir. Rusiya və çox az sayda başqa ölkə Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb, ancaq dünyanın böyük bir hissəsi regionu hələ də Gürcüstanın bir hissəsi hesab edir.
“Biz bunu etdik,” Cənubi Osetiyanın lideri Anatoli Bibilov cümə günü Telegram kanalında yazıb və referendumu iyulun 17-də təyin edən fərman imzaladığını açıqlayıb.
“Hüquqi dildə desək, biz daha bir mühüm qanuni tələbi yerinə yetirdik” dedi. “Və normal dillə desək, həyatı dəyişdirən bir addım atdıq – biz evə gedirik, Rusiyaya gedirik”, o deyib.
Rusiyanın Ukraynadakı müharibəsi başlayandan təqribən bir ay sonra Bibilov Cənubi Osetiyanın Rusiyaya qoşulmaq üçün lazımı hüquqi addımları atacağını bildirmişdi.
Referendum təxminən Krım nümunəsinə uyğun keçirilir. Rusiya Qara Dənizdəki yarımadanı 2014-cü ildə Ukraynadan ələ keçirəndən sonra, orada Rusiya qoşulmaqla bağlı referendum keçirilmişdi və əhalinin 97 faizinin bunun lehinə səs verdiyi bildirilmişdi. Referendum Krım hələ də Rusiya qoşunlarının nəzarəti altında ikən keçirilmişdi və nəticələr bir çox ölkə tərəfindən tanınmayıb. Bunun ardınca Rusiya Krımı ilhaq etdi.