vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
18:36 | 21 sentyabr 2018 | Cümə Məqaləyə 3880 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözəlgözlü, şux duruşlu...

Yaxud eşşək saxlayanların nəzərinə ...

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Gözü yaşlı yorğun eşşək, Kirimişcə yükünü çək. Bu yol da gec-tez bitəcək, Yorulmaq sənə qalacaq. Ramiz Rövşən

Ölməz Cəlil Məmmədquluzadənin “Eşşəyin itməkliyi” hekayəsində Məhəmmədhəsən əminin də eşşəyi yoxa çıxır. Hekayət bir eşşəyin acı taleyindən və faciəvi sonluğundan bəhs edir.

Hər iki-üç ildən bir eşşəklərin bir göz qırpımında yoxa çıxması, “fastfood” obyektlərində, dönərxana və kafelərdə ətlərindən istifadə edilməsi informasiya saytlarının əsas xəbərlərindən hesab olunur. Bu məsələ bəzən sosial şəbəkələrdə də xeyli müzakirə və mübahisələrə meydan açır. Sosial şəbəkələrdə, müxtəlif saytlarda gedən mübahisələrə, tənqidlərə və şikayətlərə baxmayaraq problem hələ də öz qəti, birdəfəlik həllini tapa bilmir ki, bilmir.

Ümumiyyətlə, uzunqulaqların iki,  latınca “Equusasinus” adlanan vəhşi və “Equusasinusasinus” adlanan əhliləşdirilmiş növü var. İndi məlum deyil, bu biçarə heyvanların hansı növünün ətini cəmi-cəmaətimiz həzmi-rabedən keçirirmiş.

Ara-sıra saytlarda eşşəklər haqqındastatistik məlumatlar da öz əksini tapır. Deyilənə görə, son illər ərzində ölkəmizdə onların sayınınkəskin azalması müşahidə olunmuşdu. Ən kəskin azalma Aran rayonlarında və Bakıda qeydə alınmışdı. Rəsmi məlumata görə,  bəzi bölgələrdə (Mingəçevir, Gəncədə və sair) heç dənə də olsun damazlıq eşşək yox imiş.

Doğurdan da, sirr və sirillahı məsələdir. Axı bu eşşəklər haraya qeyb olur!? İndi, ilin günün bu vaxtı bizonlarıhardan tapaq?!Bəlkə bu heyvanın adının Qırmızı Kitaba ya da Beynəlxalq Təbiətin Mühafizə Birliyinin xüsusi kataloquna salınması vaxtı çoxdan gəlib yetişmişdir?

Qazaxın Şıxlı kəndində bir pir var. Deyilənə görə, guya kimin mal-qarası, yaxud gözünün ağı-qarası, atı, qoyunu yaxud camışı xəstələnərsə yaxud itərsə dərdinə çarəni yalnız orada tapır. Bəlkə, elə kütləvi şəkildə qeyb olmuş həmin eşşəklərin sorağını da həmin ocaqdan öyrənməliyik !?

Orfoqrafiya Komitəsinin iclası keçirilir. Tədbirdə bəzi təkhecalı və çoxhecalı sözlərin tərkibində işlənən qoşa  samitlərdən yalnız birinin yazılması məsələsi müzakirəyə çıxarılır.

Bütün yazılış formaları yekdilliklə razılaşdırıldığı halda,  ekspertlət “eşşək” sözündə dalana dirənirlər. Dilçi alimlərdən biri təklif edir ki, “ş” hərfinin birini tullayaq və bir sıra tükrdilli ölkələrdə olduğu kimi, sadəcə “eşək” deyək. Bu zaman, yaşlı alimlərdən biri qəti etiraz edir.

Deyir : - Ay bala, xoşuma gəlməyən insana “eşşşşək” deməsəm ürəyim partlayar. Sözdəki “ş” hərfi nə qədər çox olarsa onun təsir gücü, effekti də birəbeş artar.

Əslində, kimisə heyvan adıylaadlandırmaqelə heyvanın özünə təhqirdir. Əgər ikimsə elementar etik-davranış qaydalarındanxəbərsizdirsə, cahil, kobud, xudpəsənddirsə buna biçarə heyvan günahkardırmı!?

İndi isə, bu gözəl heyvan haqqında bir-iki kəlmə yazmaq zərurəti meydana çıxır və biz bu fürsəti əldən vermirik. Bineyi qədimdən, lapeee, eramızdan da çox-çox əvvəllki dövrlərdən başlayaraq, insanlar ulaqlardan yük daşınmasında geniş istifadə etmişlər. Yəni, eşşəklər ilk əhliləşdirilmiş, Adəm oğlu adama ilk güvənmiş, etibar etmiş heyvanlardan hesab olunur.

Əslində, ulaqlar atlara nisbətən azca astagəl olsalar da, onlardan daha dözümlü, qidaya və suya qarşı daha az tələbkardırlar. Düzdür, eşşək əti hər yerdə yeyilməsə də, Asiya, Afrika və Amerikanın bəzi ektravaqant restoranlarında geniş istifadə edilir, hətta delikates hesab olunur. Necə deyərlər, yeməmisən ulaq ətini, nə biləsən ləzzətini?!

Eşşəklər həm də ağıllı heyvanlardır. Onlarda özünüqoruma hissi də yaxşı inkişaf edib. Əgər görəcəyi hər hansı bir işin onun təhlükəsizliyi və maraqları əleyhinə olduğunu hiss etsə, bu zaman onu bu işə məcbur etmək qeyri-mümkündür. Ona görə də, bəziləri yanlış olaraq onun bu qəribə xarakterini inadkarlıq və tərslik kimi başa düşür.

Fransanda isə eşşəklərə hətta şalvar da geyindirirlər. Özü də, heç də dəb, yaraşıq üçün deyil. Moda və parfümlər ölkəsində bu ənənə,  sadəcə biçarə heyvanı ağcaqanadlardan qoruma üsuludur.

Deyirlər, uzunqulağın Argentinada yayılmış unikal və vəhşi bir növü də var. O, qorxmadan, mərdi-mərdanə yırtıcı bəbirlə, pantera və gepardla belə açıq döyüşlərə girə bilir. Bu zaman, onun üzərinə gələrək təpikləyir, dişləyir, sonra da elə bir qorxunc səslə anqırır ki, yazıq yırtıcının dabana tüpürərək aradan çıxmaqdan başqa çarəsi qalmır.

Eşşək saxlayanların nəzərinə: onların ən yaxın dostu atlar hesab olunur. Yola getmədiyi, tez-tez dalaşdığı heyvan isə itdir. 

Bu heyvan uşaqlar üçün də çox maraqlıdır. İngilis yazıçısı Alan Milin “Vinni Pux” hekayələr kitabındakı obraz İA-İA və məşhur “Şrek” çizgi filminin personajı Eşşək balalarımızın ən sevdikləri qəhrəmanlardır.

Artıq dövr dəyişib. Hərdən bu gözəl gözlü heyvanlar, qloballaşma və informasiya əsrinin imkanlarından istifadə edərək, insanlar tərəfindən özlərinə qarşı olan amansız münasibətə etiraz etməyə də imkan tapırlar.Necə deyərlər, təsir əks təsirə bərabərdir. Artıq bunun ilk əlamətləri özünü biruzə verir. Verilən xəbərə görə, Daşkəsənin hansısa kəndində uzunqulaq 7 yaşlı uşağı dişləyib. Başından xəsarət alan oğlana ilkin tibbi yardım göstərildikdən sonra o,Gəncədə yerləşən Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)