Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
23:26 | 4 yanvar 2017 | Çərşənbə
Məqaləyə 2795 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan beynəlxalq humanitar normalara, müharibənin yazılmış və yazılmamış qanunlarına növbəti dəfə hörmətsizlik nümayiş etdirməkdədir. Xəbər verildiyi kimi dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlərdən sonra ordumuzun əsgəri Çingiz Qurbanovun cəsədi düşmənin nəzarətində olan ərazidə qalıb və Beynəlxalq Qırmızı Xaça müraciət olunsa da erməni tərəfi cəsədi qaytarmaqdan imtina edir.
Azərbaycan ordusunun əsgərinin cəsədinin düşmənin nəzarəti altında olan ərazidə qalması ilə bağlı situasiya tam aydın deyil. Lakin sərhədin həmin istiqamətində - Ermənistanın Tavuş vilayətinin Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Çinari kəndi istiqamətində qoşunların mövqelərini bir-birindən bəzən cəmi 150-200 metr məsafə ayırır. Bu baxımdan istisna deyil ki, düşmənin diversiya həmləsini dəf edən zaman əsgərimiz yaralanaraq düşmənin mövqelərinə yaxın ərazidə qalıb. Beləliklə də ermənilərin əlinə hələ 90-cı illərin əvvəllərindən Qarabağ döyüşlərində istifadə etdikləri praktikanı-cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaq fürsəti düşüb.
Bu döyüşlərin hansı situasiyada baş verdiyi, erməni tərəfinin iddia etdiyi kimi Azərbaycanın Ermənistan ərazisində diversiya əməliyyatı keçirib-keçirmədiyi bir kənara dursun. İstənilən halda beynəlxalq humanitar normalar, müharibələr zamanı yaralılarla, cəsədlərlə və əsirlərlə rəftarı tənzimləyən beynəlxalq konvensiyalar, lap elə yazılmamış müharibə qanunları cəsəddən qisas almağı, onun təhvil verilməsini ləngitməyi yolverilməz sayır. Bu, heç bir insanlığa sığmayan praktikadır və belə praktikadan istifadə Azərbaycanın nə dərəcədə alçaq düşmənlə üz-üzə olduğunu bir daha göstərir.
Axı biz hansı düşməndən danışırıq ki, cəmi bir neçə il əvvəl Qarabağda erməni mövqelərinə hücum edib onu darmadağın edən, onları ciddi itkiyə məruz qoyan Milli Qəhrəmanlar Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazələrini uzun müddət qaytarmaqdan imtina edirdi?
Yaxud kimin yadından çıxıb ki, ermənilər cəmi 25 il əvvəl Xocalıda qətlə yetirdikləri yüzlərlə azərbaycanlı mülki sakinin-qadınların, uşaqların, qocaların cəsədlərinin başına hansı oyunları açmışdı?
Ötən ilin aprel döyüşlərində isə ermənilər cəsədlərin qaytarılmasına ona görə tezliklə razı oldular ki, Azərbaycan tərəfin nəzarətində də çoxlu düşmən cəsədi qalmışdı. İndi isə Azərbaycan əsgərinin cəsədi düşmən əlindədir və onu qaytarmaq istəmirlər. Və Minsk Qrupu sərhəddə baş vermiş hadisələrin səbəbləri barədə baş sındırmağı bir kənara qoyub bu humanitar situasiyaya müdaxilə etmir. Belə vəziyyətdə Azərbaycan tərəfinin hansı seçim imkanları qalır? Birincisi, erməni tərəfinin bu alçaq davranışı barədə mümkün qədər beynəlxalq ictimaiyyəti məlumatlandırmaq. İkincisi, düşmənlə onun başa düşdüyü dildə danışmaq. Bu isə indiki halda düşmən əsgərini ya diri, ya ölü ələ keçirməyi tələb edir...