Satışları ilk dəfə 100 milyard dolları aşıb
102 illik tarixdə ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kosmosda daşımaçılıq rəqabəti
“Boeing”in apardığı astronavtları “SpaceX” yerə qaytaracaq
-
“Starliner”dən qəribə səslər gəlir
“Boeing” kapsulunun həftə sonu Beynəlxalq Kosmik Stansiyanı tərk edəcəyi gözlənilir
-
“SpaceX” öhdəsinə götürdü
BKS-də qalan astronavtlar üçün NASA-nın yeni xilasetmə planı
-
Fevrala qədər gözləyəcəklər
İki amerikalı astronavt kosmik stansiyada çarəsiz qalıb
-
12 ildə 6 missiya
ABŞ-ın kosmik dronu Yerə qayıtdı
-
Amerikanın təyyarə istehsalçısı “Boeing Co.”nın illik satışları şirkətin 102 illik tarixində ilk dəfə 100 milyard dolları aşıb.
“Boeing”in çərşənbə günü verdiyi açıqlamaya görə, şirkətin satışları il ərzində bütün istiqamətlərdə artıb və 101.1 milyard dollar təşkil edib.
Satışların artması ilə əlaqədar olaraq mənfəət də artıb və bir səhmə 20.10 dollar mənfəət düşəcək. Analitiklərin gözləntisi bir səhmə düşən mənfəətin 18.44 dollar olacağı istiqamətində idi.
Yüksək nəticələrdən sonra, “Boeing” səhmi 6.5 faiz bahalaşaraq 388.50 dollara qalxıb. Bu il “Boeing”in səhmlərinin qiyməti 13 faiz yüksəlib.