vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
11:08 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 1608 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft bahalaşır

Səudiyyə Ərəbistanı hasilatı azaldır, “OPEC+” isə sazişi daha yarım il uzadılır

MÖVZU İLƏ ƏLAQƏLİ

“OPEC+” sazişinin müddəti 2019-cu ilin ikinci yarısına qədər uzadıla bilər. Bunu Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl Falih bildirib.

O deyib ki, biz hasilatı ilin ikinci yarısında da məhdud saxlamalıyıq. Nazir hazırda ABŞ-dakı neft ehtiyatlarının qədərindən çox dolduğunu, bazarda tarazlığa nail olmaq üçün OPEC+ formatının bu artığın azalmasını hədəflədiyini qeyd edib.

Səudiyyəli nazir həmçinin mart ayında hasilatı daha da azaltmaq niyyətində olduqlarını diqqətə çatdırıb.

 

* * *

 

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Əl-Falih, ABŞ neft ehtiyatlarının artmasının əlavə təklif yaratdığını və bu təklif artıqlığını azaltmağın ölkəsinin əsas hədəfi olduğunu bildirib.

Neftə tələbin ilin ikinci yarısında artmağa başlamasının gözləndiyini qeyd edən Əl-Falih, bazarın “OPEC+”un hasilatın azaldılması qərarlarına cavab verdiyini söyləyib.

Səudiyyəli nazir, bazarı öz başına buraxmağın dağıdıcı olacağını və volatilliyə səbəb olacağının qeyd edib.

Ə-Falih, Səudiyyə Ərəbistanının Mart ayında hasilatını daha çox azaltmağa getməyi planlaşdırdığını deyib.

 

* * *

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,28 dollar və yaxud 1,92 faiz artıb.

“Azeri Light”ın qiyməti 67,97 dollar təşkil edib.