vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SOSİAL  
21:33 | 28 fevral 2014 | Cümə Məqaləyə 1864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tağı Əhmədovun «miras»ı

Köhnə rəis yeniyə hansı problemləri qoyub getdi?

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mir Tofiq oğlu Hüseynovdur.

Heç kimə sirr deyildi ki, Tağı Əhmədov metronu feodal qaydalarla idarə edirdi. Bakı metrosu rəisinin inkar etməsinə baxmayaraq əhali xidmətdən həmişə narazı olub. Metrodakı basabas, əhalinin şəhərdə çox olduğu, işə gəlib-getdiyi vaxtlarda həmçinin enerjiyə qənaət etmək məqsədi ilə qatarların stansiyalara gəlişi intervalının bilərəkdən uzadılması həmişə müzakirə obyekti olub. Tağı Əhmədovun mərmər və qranit azarı da payız-qış aylarında əhalinin gününü qara edən amillərdən biri idi. Stansiyalara döşənmiş mərmərlərə sürüşkənliyi azaltmaq üçün lazım olan xüsusi maddə uzun sürən çək-çevirdən sonra yalnız «28 May» stansiyasına vurulub.

«Kitayski» eskalator

Bakı metrosunda əsaslı deyil, əsassız təmirin bir hissəsi olaraq eskalatorlar bir müddət əvvəl dəyişdirildi. Yeni eskalatorlar əvvəlki ilə müqayisədə ensiz və təhlükəlidir. Səbəb isə üç eskalatordan yalnız birinin işləməsidir. Əhalinin ən sıx olduğu vaxtda belə digər eskalatorlar işə düşmür.

Radiasiya tüğyan edir

Daxili qaydalara görə stansiyaların divarları ayda iki dəfə xüsusi maddə ilə silinməlidir. Hansı ki, həmin maddə radiasiyanın çoxalmasının qarşısını alır. Lakin Bakı metropolitenində bu qayda yerinə yetirilmir. Təzyiq, ürək və zob xəstələrinin davamlı olaraq metroda ürəkgetməsi normal hadisəyə dönüb.

Personal səviyyəsi

Metropoliten işçilərinin davakarlığı, kassada oturanların vətəndaşı borclu çıxarması ənənəsinin yeni rəisin idarəetməsi dövründə olmayacağını da böyük ümidlə gözləyirik.

Qatar sayı

İntervalın uzadılması ilə yanaşı Bakı metropoliteninin digər problemi də qatar sayı və stansiyalardır. Metropoliten rəhbərliyi isə bu mövzuya həmişə birmənalı münasibət bildirib: «Relslərin gücü çatmır».

Tağı Əhmədov və media

Yeni rəisin üzərinə mətbuatla işdə daha çox məsuliyyət düşür. Belə ki, Tağı Əhmədovun sayəsində metropoliten imicinin hansı səviyyədə olması heç kimə sirr deyil. Tağı Əhmədovdan Bakı sakinlərinə mərmər döşəməli xokkey stadionuna oxşayan stansiyalardan başqa «ƏƏƏ, bir-bir» kimi ifadələr də yadigar qalacaq. Yeni rəisə problem siyahısını yox, relsləri uzatmağı arzu edirik.