vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
17:36 | 16 sentyabr 2020 | Çərşənbə Məqaləyə 14466 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəcməddin Sadıkov “qurdu”

Milləti bu qurdla yaşatmaqdansa, ...

Səxavət MƏMMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Nəcməddin Sadıkovla bağlı illərdir müxtəlif ittihamlar səsləndirilir. “Rusun adamı”, “korrupsioner”, son zamanlar isə “türkiyəli zabitlərə nifrət edən” biri.

Orduda nə baş verir versin, hər kəs baş verən hadisənin arxasında Nəcməddin Sadıkovun olduğunu deyir. Qısası millətin beynində bir Nəcməddin qurdu var. Bu “qurd” getdikcə böyüyür və o həddə çatıb ki, əvvəllər adın belə çəkə bilməyənlər, artıq Nəcməddin Sadıkov haqqında yazırlar, danışırlar. O “qurd” insanların beynini yeyir...

Son Tovuz döyüşləri zamanı general Polad Həşimovun, 2016-cı ilin aprel döyüşləri zamanı polkovnik-leytenant Raquf Orucovun şəhid olmasında da Nəcməddin Sadıkovun adı çox hallandı. Orduda baş verən bütün neqativ hallar əlaqəsi olsa da, olmasa da, Baş Qərargah rəisinin adı ilə bağlanır. Əslində burada qeyri-adi bir şey də yoxdur. Ordu iyerarxiya sistemi ilə idarə olunur.

Bir neçə gün öncə erməni zabitini ələ keçirən hərbçilərin ordu sıralarından tərxis edilməsi və işin prokurorluğa göndərilməsi də, Nəcməddin Sadıkovun göstərişi ilə edildiyi deyilir. Qısa zaman sonra Müdafiə Nazirliyi baş verənləri hərbçilərin smartfon tipli telefonlardan istifadə etdikləri üçün edildiyini açıqladı. Orduda smartfon tipli telefonları axtaran şəxs isə (vəzifəsi buna imkan verir) Nəcməddin Sadıkovun bacısı oğlu general-mayor Ramil Əsgərovdur. Bu addımın nə qədər səhv, yalnış olduğunu hər kəs dedi. Ona görə də, bu məsələnin üzərinə çox getməyə lüzum görümürəm. Smartfon telefonlara gəldikdə isə, bu absurt bir yanaşmadır. Türkiyəli zabitlər özləri də etiraf edir ki, Afrin əməliyyatı zamanı əlaqə vasitəsi kimi “Whatsapp”dan (səs mesajı və zəng) daha çox istifadə ediblər və effektli olduğunu da görüblər. Əlaqəsiz ordu, sürət qutusuz avtomobil kimidir. Rabitə vasitəsində problem varsa (var), əlaqə qurmaq üçün sınanmış vasitələrdən istifadə etmək lazımdır.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov iyul ayında Türkiyədə rəsmi səfərdə oldular. Bu səfərdən sonra HHQ Komandanı general-leytenant Ramiz Tahirovun Nəcməddin Sadıkovun hədəfinə çevrildiyi deyilir. Həmin səfərdən sonra HHQ-də durmadan yoxlamalar aparılır. İddia edilir ki, Ramiz Tahirovun Türkiyəyə isti münasibəti onun sıxışdırılmasına səbəb olub.

Sual olunacaq bəs Kərəm Mustafayev? Kərəm Mustafayevin Naxçıvanda olması və digər məsələlər onu Nəcməddin Sadıkovun qəzəbindən xilas edir. Bir sirr də açım. Dəfələrlə olub ki, Kərəm Mustafayevlə birgə xidmət etmiş, hazırda ehtiyatda olan zabitlər Naxçıvana gedəndən sonra Müdafiə Nazirliyinə çağırılıb və “niyə getməsi” sorğu-sual olunub. Təkzib etsinlər, adları açıqlayım.

Azərbaycan-Türkiyə ordularının birgə təlimləri vaxtı ortaya bir iddia atılmışdı. Sadıkovun türklərin gəlişinə sevinənləri təhqir etdiyi deyilirdi. Açığı bu barədə səhih bir mənbə tapmadığıma görə, məsələ mənim üçün iddia olaraq da qalır. Ancaq son dövrlər ölkədə olan türkiyəli hərbçiləri qarşılayan, onlarla isti münasibəti olanların başı bəlada olması barədə bəzi məlumatlar var. Belə ki, türkiyəli hərbçiləri Müdafiə nazirliyində qarşılayan və ya onlara xoş münasibət göstərənlər töhmətə, şiddəli töhmətə, 13-cü əməkhaqqıdan məhrumetmə ilə cəzalandırılırlar. Hətta Azərbaycandan olan zabitlər, türkiyəli zabitlərə “bizi anlamağa çalışın, sizlə münasibət başımızı bəlaya salır” dediyi də, bildirilir. Təbii ki, bunun başında da Nəcməddin Sadıkovun durduğu deyilir.

Türkiyə Azərbaycan üçün çox önəmlidir. Türkiyə hərbçiləri də həmçinin. Əgər bir ölkənin Müdafiə naziri deyirsə ki: “Qarabağ məsələsində tərəfik və Azərbaycana hər cür yardım edəcəyik, bu dostluq və qardaşlıqdan da irəli bir şeydir”. Hülusi Akarın bu açıqlaması Rusiya və Ermənistan mediasını bir müddət məşğul etdi. Əslində bu tamam ayrı bir yazının mövzsudur, sadəcə Türkiyə hərbçilərinin nə qədər önəmli olmasını göstərmək üçün bir misal idi.

Gələk yenidən “qurd” məsələsinə. Vəziyyət o həddə çatıb ki, Nəcməddin Sadıkov “ağzı ilə quş da tutsa”, insanlar heyvanların müdafiəsi cəmiyyətinə qoşulub, “dişlərini itiləməyib, quşu incidib” deyəcəklər. Belə olan halda, ölkə üçün çox önəmli bir postda sevilməyən, hər hərəkətində xəyanət axtarılan şəxs özü necə dözüb oturur və ya ona hələ də niyə dözürlər, ciddi sual doğurur. Səsləndirilən ittihamların böyük hissəsi də, hərbi xidməti sıravi əsgərlə yekunlaşan şəxslər yox, orduda zabit kimi xidmət edib, yüksək rütbə almış şəxslərə məxsusdur.

Yalan-gerçək, səhv-doğru millətin beynində də bir Nəcməddin “qurdu” var. Milləti bu qurdla yaşatmaqdansa, ondan xilas etmək lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)