vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
15:14 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 2877 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizi müflis etmək istəyirlər»

«Öhdəliklərimizi yerinə yetirmişik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində «Qanun Nəşriyyatı» və «Qanun jurnalı redaksiyası» MMC-lərə qarşı Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə «Turan»a vəkil Müzəffər Baxışov bildirib.

Onun sözlərinə görə, 2013-cü il noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı «Qanun Nəşriyyatı» və «Qanun jurnalı redaksiyası» MMC-lərə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədlərini və kompüterlərini qanunsuz olaraq aparıb. Bundan sonra «Qanun Nəşriyyatı» və «Qanun jurnalı redaksiyası» MMC-lər sənədlərin qanunsuz götürülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.

Beləliklə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi «Qanun Nəşriyyat Evi» və «Qanun jurnalı redaksiyası» MMC-lərə qarşı 150 000 manat miqdarında vergi borcu və maliyyə sanksiyası müəyyən edib.

«Qanun Nəşriyyatı» MMC-nin rəhbəri Şahbaz Xuduoğlu «Turan»a bildirib ki, nəşriyyatın 50-yə yaxın əməkdaşı, o cümlədən tərcüməçilər, yazıçılar istintaqa dəvət ediliblər. Ş.Xuduoğlu isə martın 4-də istintaqa ifadə verəcək.

«Bu, sifarişdir, təzyiq xarakteri daşıyır. Kimlərsə vergidən istifadə etməklə «Qanun Nəşriyyatı» MMC-ni müflis etməklə bu sahədə monopoliya yaratmaq istəyir. Biz qanunla nəzərdə tutulan vergi öhdəliklərini yerinə yetirmişik», - Ş.Xuduoğlu qeyd edib.