«Orada tikinti olub, ya yox?»
«Bu ölkədə icazəsiz heç kim daşı daş üstə qoya bilməz»
İnarə RAFİQQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakının dərdi var, Bakı xəstədir...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
-
“Tikinti korrupsiyanın içindədir”
“İkinci yerdə banklardır”
-
MTK-ların təhvil yalanı
Alıcıların hüquqları pozulur
-
Aldana bilərsiniz!
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
-
Mənzil alışında yeni ödəniş qaydası gəlir
Mülki Məcəllədə dəyişiklik edilir
-
Bakının tikinti sektorunda canlanma
«Neft bahalaşması, manatın güclənməsi investorlarda inam yaradıb»
-
Bir mənzil bir neçə adam satmaq mümkün olmayacaq
Tikintisi başa çatmayan binalarda isə mənzillərin pulunun tam ödənilməsi tələb edilə bilməz
-
«Xırdalanın altını-üstünə çevirəcəyik...»
Sakinlər: «Hamımız evsiz-eşiksiz qalmışıq, bizi aldadanlar üzə çıxmasalar»
-
Böyük söküntü başlayır
Sakinlərin mənzilləri 20-30 faiz genişlənəcək
-
Tikinti ilə bağlı mühüm qərar
2 bina arasında məsafə dəqiqləşdirildi
-
«Bizi müflis etmək istəyirlər»
«Öhdəliklərimizi yerinə yetirmişik»
-
Ev fırıldağında köhnə metod
Azərbaycan tikinti şirkətlərinin «tapıntı»sına çözüm yolları
-
Tikintidə lisenziyalar dayandırıldı
DŞAK iki şirkətə və 2 iş adamına verdiyi sənədləri ləğv edib
-
Evlərin qiyməti qalxıb
Bahalaşma bəzi yerlərdə 30 faizə çatıb
-
İlk iş günündə öldü
Hündürlükdən yıxılaraq
-
18 milyard xərclənib
Bu 2012-ci ilə nisbətdə 15 faiz çoxdur
2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində «Svit Haus» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Türkiyənin «İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycandakı filialına qarşı qaldırdığı iddia əsasında növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim İntizar Bayramova sədrlik edib. Hakim öncə iddiaçı tərəfdən torpaq sahəsinin ayrılması, binanın tikilməsinə icazə verilməsi ilə bağlı sənədləri, cavabeh tərəfdən isə həmin tikintinin sökülməsinə və abadlaşdırma layihəsinə dair sənədləri məhkəməyə təqdim etmələrini istəyib.
«Tikintinin hansı səviyyədə olduğu fotoşəkillərdə də öz əksini tapıb»
İddiaçı tərəfin nümayəndəsi Kamandar Nəsibov iddia predmeti olan bütün sənəd və sübutları, tikintiyə və söküntüyə aid fotoşəkilləri məhkəməyə təqdim edib: «Həmin ərazidə inşaat işləri aparılıb, Tikintinin hansı səviyyədə olduğu fotoşəkillərdə də öz əksini tapıb».
Hakimin «Hardan bilək ki, bu fotoşəkildəkilər həmin sökülən binadır?» sualına cavab olaraq iddiaçı tərəfin nümayəndəsi bildirib ki, həmin ərazidə söküntünün izləri açıq-aydın şəkildə görünür: «Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən göndərilən məktubda da qeyd olunub ki, bina abadlıq işlərini həyata keçirən şirkət tərəfindən sökülüb. O binanın mövcudluğunu hamı təsdiq edir, bircə nədənsə sökən şirkət bunu «görməyib». Binanı sökdükləri halda, cavabdeh tərəf məhkəməyə yalan məlumat verir, «biz sökməmişik» deyir».
Hakim bu məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə sorğu göndərildiyini məhkəmə iştirakçılarının diqqətinə çatdırıb.
«Obyekti yerlə-yeksan edib, qəbiristanlığa çeviriblər»
Bundan sonra iddiaçı tərəfin nümayəndəsi K.Nəsibov qısa çıxış edib: «Tikinti iki il dayandırılmış vəziyyətdə qalıb. Sonradan briqada gəlib və həmin binanı sökməyə başlayıb, heç kimi içəri buraxmayıblar. Binadan mənzil alan çoxsaylı sakinlər etiraz etdikdə, onlara deyiblər ki, biz yalnız göstərişi yerinə yetiririk. Söküntü aparılan binanın ikimərtəbəli yeraltı dayanacağının sahəsində 800 min manatlıq tikinti materialları olub. Tikinti işləri dayandırıldığına görə, həmin inşaat materialları orada saxlanılırdı. Obyekti yerlə-yeksan edib, qəbiristanlığa çeviriblər. Axı biz Afrikada yaşamırıq. Tikinti ilə bağlı hər hansı sənəd düz deyilsə, müvafiq dövlət orqanları var. Bu, onların səlahiyyətindədir. Söküntü aparmaq üçün məhkəmə qərarı olmalıdır. 2011-2012-ci ildən mənzil almaq üçün pul ödəyən şəxslər var. Özlərinə, övladlarına mənzil almaq niyyətində olan bu şəxslərin hamısının arzusunu türk şirkəti qəbirə basdırıb».
Hakim iddiaçı tərəfdən söküntü ilə bağlı videoçəkiliş olub-olmadığını soruşub. K.Nəsibov videoçəkiliş deyil, fotoşəkillər olduğunu bir daha məhkəmənin diqqətinə çatdırıb: «Söküntü aparılan zaman orada şahidlər olub, özləri gəlib məhkəmədə ifadə verəcəklər».
«Qanunsuz iş görəməmişik»
Türkiyənin «İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycandakı filialının nümayəndəsi Elyar Qasımov inşaat pasportu, eskiz layihələri, yerin sxemi, FHN-in rəyləri və digər sənədləri məhkəməyə təqdim edib. Cavabdeh tərəfin nümayəndəsi qanunsuz iş görmədiklərini, bir icraçı təşkilat olaraq dövlət sifarişini icra etdiklərini bildirib.
E.Qasımovun orada heç bir tikinti görmədiyini və tikintiyə aid sənədlərin olmadığını iddia etməsi iddiaçı tərəfin nümayəndəsi K.Nəsibovun etirazına səbəb olub. E.Qasımov isə məhkəməyə təqdim olunan sənədlərdə hər şeyin göstərildiyini, Əmlak Komitəsi tərəfindən göstəriş verildiyini, göstərişdən kənara çıxmadıqlarını bildirib: «Bu tikintini bizim təşkilat sökməyib. Layihədə nə nəzərdə tutulubsa, onu da etmişik».
«Orada tikinti olub, ya yox?»
Hakimin «Orada tikinti olub, ya yox?» sualına cavabdeh tərəf «bilmirəm» deməklə kifayətlənib. Belə olan halda K.Nəsibov cavabdeh tərəfin nümayəndəsinin məlumatsız olmasına iradını bildirib: «Bu şəxsin heç nədən xəbəri yoxdur. Məhkəməyə heç olmasa məlumatı olan şəxsi dəvət edin».
Hakim tikintinin Türkiyənin «İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycandakı filialı tərəfindən sökülüb-sökülməməsi ilə bağlı şirkətə sorğu göndəriləcəyini proses iştirakçılarının diqqətinə çatdırıb.
«Bizim binanı bir günün içində sökdülər»
Daha sonra məhkəmədə şahid qismində Zoya Nuriyeva dindirilib. O, ifadəsində 2011-ci ildə mənzil almaq məqsədilə «Svit Haus» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağladığını, 2013-cü ilə qədər 37 min manat pul ödədiyini göstərib:
«Mənzil almaq istəyirdik. Binanın bünövrəsi qazılan gündən etibarən tez-tez oraya gedirdim. Gözləyirdim ki, nə vaxtsa buradan mənzil alacağam. 2013-cü ildə bizə dedilər ki, tikinti dayandırılıb, hələlik ödəniş etməyin. Günlərin birində isə zəng vurub dedilər ki, binanı sökürlər. Binamızı bir günün içində sökdülər. Tez həmin əraziyə getdim. Mən oraya çatanda söküntü işləri gedirdi. Bizə dedilər ki, göstəriş verilib, bina sökülməlidir».
«Mən pessimist azərbaycanlıyam»
Şahid qismində dindirilən Rafiq Quliyev də ifadəsində «Svit Haus» MMC-yə 57 min manat pul ödədiyini göstərib: «Mənzilin pulunu tam ödəmişdim. Hələ bina sökülməmişdən əvvəl, tikinti dayadırıldıqda şirkətə məktubla müraciət etmişdim ki, əgər binanı tikməyəcəksinizsə, pulumu geri qaytarın. Bununla bağlı Binəqədi rayon məhkəməsinə də müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxardı. Amma pulumu bu günə kimi ala bilmirəm. Çünki şirkətin ödəməyə pulu olmadı».
Binanın sökülməsinə gəlincə isə, şahid həmin əraziyə getdikdə heç kimi əraziyə yaxın buraxmadıqlarını deyib: «Orada İmdad müəllim vardı, direktor idi. O dedi ki, söküntü aparırlar. Həmin əraziyə heç kimi yaxın buraxmırdılar».
Hakimin «Həmin vaxt orada nəsə videoçəkiliş etmisinizmi?» sualını şahid belə cavablandırıb: «Bunlar iqtisadi deyil, siyasi məsələlərdir, mən pessimist azərbaycanlıyam. Hamı da bilir ki, icazəsiz heç kim bu ölkədə daşı daş üstə qoya bilməz».
Məhkəmə prosesi iyunun 20-də davam edəcək.