
Bakıda daha bir dairə ləğv olunur
Məşhur restoran da söküləcək
Məşhur restoran da söküləcək
Almaniyada tikinti işçiləri çatışmazlığı böhranı
XIII əsr İtalyan dənizçinin Bakı haqqında qeydləri
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
İnsanları bir araya gətirən vasitə
54 km-lik tramvay xətti, istirahət zonasına çevrilmiş Böyükşor gölü
16 günbəzli “Şərq bazarı”nda 78 icarədar fəaliyyət göstərəcək
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
... bir şəhərə dəyərsə, bu qədər gözəlləşə bilər
Tarix və millət qarşısında xidməti olanları Azərbaycan xalqı qəlbində yaşadır
“İkinci yerdə banklardır”
Gənc tədqiqatçının yeni kitabı təqdim edilib
Alıcıların hüquqları pozulur
Rəsmi statistika yayıldı
Bakı bulvarında məşhur fəvvarə kompleksi bərpa edilib
Nazirlik xəbərdarlıq yaydı
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasında işlər sona çatdırılıb.
«Qafqazinfo» xəbər verir ki, bunu Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev deyib. O, bildirib ki, rayonda qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın növbəti mərhələsi başlayıb, rayon üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi planlaşdırılır.
İcra başçısı müvafiq sərəncamlara uyğun olaraq 3 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilməsi qərara alındığını, yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyini deyib. Bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin, əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağını bildirb. Tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcəyini qeyd edib.