
Göydələnlər elektrik stansiyasına dönəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Almaniyada tikinti işçiləri çatışmazlığı böhranı
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
“İkinci yerdə banklardır”
Alıcıların hüquqları pozulur
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
Yeni tikilən binalardakı mənzillər ucuzlaşır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
2013-cü il ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 28,9 faiz artıb. Bu barədə bazar ertəsi Trend-ə «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, yanvar ayında ilkin bazarda mənzilin bir kvadratmetri orta hesabla 889 dollar olub, dekabrda isə bir kvadratmetrin qiyməti 1146 dollara çatıb.
N.İbrahimov deyib ki, ki, bahalaşma paytaxtda söküntü işlərinin genişlənməsi, eləcə də təklif portfelində ucuz mənzillərin payının tədricən azalması (bu, tikintinin həcminin azalması ilə bağlıdır) və müvafiq olaraq nisbətən daha bahalı mənzillərin payının artması ilə bağlıdır».
Bir müddət əvvəl Trend-in xəbər verdiyi kimi, ARDNŞ-nin «Аzəriqaz» İstehsalat Birliyi ötən il çoxmərtəbəli binaların qazlaşdırılmasını iki dəfə artırıb: 2013-cü ildə 30 374 mənzilin olduğu 149 yeni tikili istifadəyə verilib. 2012-ci ildə bu rəqəm 60 olub. Bu amil də qiymətlərin formalaşmasında rol oynayır.
«MBA Group»un monitorinqinə görə, Bakıda ilkin daşınmaz əmlak bazarında qeyri-yaşayış binaları da bahalaşıb. Belə ki, ötən ilin sonuna bir kvadratmetrin dəyəri 2013-cü ilin yanvarındakı 2821 dollara qarşı 2907 dollar təşkil edib.
Elit evlərin də qiymətləri artıb: əgər 2013-cü ilin yanvarında belə mənzillərin bir kvadratmetrinin dəyəri 2120 dollar təşkil edirdisə, keçən ilin sonunda qiymətlər 3339 dollara qədər artıb. Elit evlər ən çox Bakının Nəsimi və Yasamal rayonlarında bahalaşıb.
Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında mövcud vəziyyət ən yaxın aylarda qiymətlərin sabitləşməsindən (alıcı kontingentinin azalması) xəbər verir. Onun fikrincə, 2014-cü il ərzində qiymətlər altı-səkkiz faiz artacaq.