“Anlaşma yaxındır”
Zəngəzur dəmir yol dəhlizinin Ermənistan hissəsini Rusiya idarə edəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Araza nəzarəti ələ keçirə bilər”
İranın Zəngəzur dəhlizi və “Böyük Azərbaycan” dərdi
-
Ucuz və tez ...
Zəngəzur dəhlizi yüklərin daşınması üçün çox sərfəli olacaq
-
Zəngəzur Zəngilandan başlayır
Türkiyə Prezidentinin təyyarəsi ikinci dəfə Qarabağa enir
-
“İrəvanın xarici siyasətində reallıq”
Amerikanın beyin mərkəzi: “Ermənistan Zəngəzur dəhlizini tikməlidir”
-
Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
-
Leşyeyənlərin qardaşlığı
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
-
Vaşinqton Bakıya əlini, İrəvana dirsəyini uzadır
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
-
Biz nə etməliyik?
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
-
15-dən sonra daha 35 dollar
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
-
“Hər şey ola bilər...”
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
-
Vaşinqton görüşü niyə yubanır?
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
-
Paşinyan özünü necə ifşa etdi?..
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
-
“Faktiki olaraq yoxdur”
“Paşinyan danışıqları dalana dirədi ...”
-
“Rusiya müharibəyə qatılmayacaq”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
-
“Ermənistan üçün böyük fəlakət olacaq”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
-
“Danışıq dili Madrid prinsipləridir”
Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması planı
Ermənistanın baş naziri Nikol Paşinyşan bu gün hökumətin iclasında bildirib ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə və açılmasına dair Azərbaycanla yeni praktiki anlaşmanın “yaxında olduğunu” bildirib. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan erməni tərəfinin artıq dəmir yolunun Ermənistan hissəsinin tikintisinə dair praktiki məsələləri müzakirə etdiyini deyib.
O xatırladıb ki, ötən gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” QSC-nin rəhbəri Oleq Belorezov İrəvana səfər etmişdi. Onlar Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla danışıqlar aparıb.
“Biz üçtərəfli işçi qrupunun işinin ilk nəticələrini elan etməyə yaxınıq. Artıq razılıq əldə etmişik ki, dəmir yolunun hissələri keçdikləri ölkələrin qanunları əsasında fəaliyyət göstərəcək”, - Paşinyan bildirib. Onun sözlərinə görə, hazırda yolun layihələndirilməsi, tikintinin başlaması və maliyyələşdirilməsi məsələsi müzakirə olunur. “İrəliyə qaçmaq istəmirəm, amma bu dinamika davam etsə biz yaxın zamanlarda bu layihəni reallaşdıra biləcəyik”, - Paşinyan belə deyib. O əlavə edib ki, baş nazirin müşaviri Artaşes Tumanyanın başçılıq etdiyi mütəxəssislər qrupu artıq Arazdəyən və Mehridə olublar, gələcək tikinti meydançalarına nəzər salıblar.
Baş nazirin müavini Mqer Qriqoryan isə hökumətin iclasında məlumat verib ki, “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafaz Dəmir Yolları” şirkəti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin operatoru olacaq. “Biz operatorla sıx əlaqələr və əməkdaşlıq qurmalıyıq ki, yolun tikintisi başa çatandan dərhal sonra işə salınsın. “Rusiya Dəmir Yolları” bu sferada dünyada ən ciddi təşkilatlardan biridir”, - Qriqoryan deyib.
Xatırladaq ki, Ermənistanın dəmir yolları “Rusiya Dəmir Yolları” QSC-nin həmin törəmə şirkətinin mülkiyyətindədir. Bu baxımdan Zəngəzur dəmir yol dəhlizinin Ermənistandan keçən hissəsinin də bərpadan sonra Rusiya şirkətinin nəzarətinə verilməsi gözlənilən idi.
Azərbaycan tərəfi artıq Horadiz-Ağbənd dəmir yolunun bərpası işlərinə başlayıb və bir ildən artıqdır ki, bu layihədə işlər davam etdirilir. Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC açıqlayıb ki, sınaq qatarı ilk dəfə Cəbrayılın Mahmudlu stansiyasına çatıb.