

Hava limanının açılışı oldu
Prezident və birinci xanım hava limanında baş çəkdi
... Yaxud Xudafərin körpüsü necə azad edildi?
Ağalı kənd məktəbində dərs ili başlayıb
Bu gün 10 ailə, 5 gün ərzində 201 nəfər köçürüləcək
“19 iyul 2022-ci il” Azərbaycanın tarix kitablarında əbədi yer alacaq
Vejnəli yatağında 7.5 ton qızıl, 19 ton gümüş, 12 ton mis olduğu tısdiqlənib
Ermənistanla sərhəddən reportaj
Pritça
«Kim istəyir, mənimlə gəlsin, istəyən yoxdusa, tək gedəcəyəm»
Bağışla məni ATA…
Bakıdakı «qul bazarı»nda hamılə qadınlar da iş axtarır
4500 ermənidən 2300-ü kor-peşman geri qayıdıb
45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacağıq. Bu gün açılışı planlaşdırılan Zəngilan Beynəlxalq Hava Limanı bu imkanı bizlərə yaşadacaq. Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verir. Bu ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha gücləndirildiyindən xəbər verir.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək. Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi gözlənilir.
Regionda baş verən iqtisadi və geo-siyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limana niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək.
Bu gün açılışı olacaq Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.
Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir.
Şərqi Zəngəzur və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun.
Şərqi Zəngəzura xoş gəldiniz!