
“Savaş və Duman”
Bir kitabdan daha artığı
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Yeni tələblər irəli sürüldü
“Bu gün tarixi hadisənin – Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq”. Bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
“Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, cənab Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı diləyirəm”.
O, bildirib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib: “Zəngilanda da kifayət qədər irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda Hava limanı istismara veriləcək.
İlk olaraq Zəngilanın Ağalı kəndində bərpa olunub. Bu kənd “Ağıll”ı kənd konsepsiyasına uyğun qurulub.
Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir.
Hazırda ümumilikdə Ağalı kəndinin 1 457 sakini var. Onlarda 1 357 nəfəri bu kəndə yaşamaq niyyətini bildiriblər.
Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək”.
Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastruktur qurulub. (report.az)