vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
18:41 | 22 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 903 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Araza nəzarəti ələ keçirə bilər”

İranın Zəngəzur dəhlizi və “Böyük Azərbaycan” dərdi

E.HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Zəngəzur dəhlizinə qarşı çıxır, bütün varlığı ilə buna müqavimət göstərir. Bun səbəbləri barədə beynəlxalq mətbuatda da ciddi analitik yazılarla rastlaşmaq olar.

Belə məqalələrdən birində gedən bəzi məqamlara diqqət çəkəcəm. “Al-Monitor.com “ saytı ərəblərə məxsusdur. Vaşinqtondan yayımlanır. Qərbdə bu sayta xüsusi rəğbət var. Çünki bu sayt obyektiv mövqeyi ilə seçilir. Sayt əsasən Yaxın Şərqlə bağlı analitik yazılarla çıxış edir. Bu saytın təqdim etdiyi “Tensions simmer as Azerbaijan-Turkey alliance unsettles Iran” (Azərbaycan-Türkiyə müttəfiqliyi İranı narahat etdikcə gərginlik artır) adlı məqaləsində Zəngəzur dəhlizinin Türkiyə-Azərbaycan birliyi və İran üçün hansı anlama gəlməsi aşağıdakı kimi təsnif olunur:

1. İran Ermənistanla sərhəd əlaqəsini və birbaşa nəqliyyat əlaqələrini itirə bilər.

2. İranın Qafqaza və Rusiyaya çıxışı çətinləşə və rəsmi Tehranın Qafqazda təsirini azaldar.

3. Layihə NATO-ya İranı mühasirəyə almağa imkan verəcək.

4. Azərbaycan artıq İran vasitəsilə Naxçıvana bağlanmasa, İran iqtisadi itkilərlə üzləşəcək ki, bu da Tehranın Bakı üzərində təsir rıçaqlarını azaldacaq.

5. İran Asiya ilə Avropa arasında marşrut kimi üstünlüklərini itirə bilər.

6. İranın Çinin “Bir kəmər və bir yol” təşəbbüsündəki strateji dəyəri azala bilər.

7. Türkmənistan qazının Türkiyə və Avropaya nəqli üçün Zəngəzur marşrutundan perspektiv istifadə İran qazına olan tələbatı azalda bilər.

İranın Qara dənizə çıxışı bağlana bilər. İlham Əliyevin “dədə-baba yurdu” adlandırdığı Zəngəzurdakı status-kvonun dəyişməsi Azərbaycanın Araz çayına nəzarəti ələ keçirməsi ilə nəticələnə bilər.

Bax elə bu və bu kimi səbəblərdən İran Zəngəzur dəhlizinə qarşı çıxır. Məqalədə o da vurğulanır ki, “Böyük Azərbaycan” çağırışları Tehranda qaynar düyməni basdığından İran Azərbaycan və Türkiyənin regionda geosiyasi qazanclarından getdikcə daha çox narahat olur...