vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
19:41 | 6 iyun 2013 | Cümə axşamı Məqaləyə 3124 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TQDK-dan xəbərdarlıq

Rusiyada oxumaq istəyənlər Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidir

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. ANS PRESS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qeydiyyat 2013-cü il iyunun 10-dan 13-dək aparılır.

İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının illik qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituriyentlər Sənədlərin Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim edirlər:

  1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün əldə etdikləri iş nömrəsi;
  2. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini (2013-cü ilin məzunları illik qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
  3. Şəxsiyyət vəsiqəsini;
  4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini;
  5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayış.

Seçim iki mərhələdən ibarətdir

I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini bilmə səviyyəsini müəyyən edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.
Test imtahanı 2013-cü il iyunun 16-da keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” iyunun 15-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2013-cü il iyunun 17-də keçiriləcək.
Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.
Ali təhsil müəssisəsi göstərilməyən tibb, mədəniyyət və incəsənətlə bağlı ixtisaslarda oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.

Rusiya Federasiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər aşağıda göstərilən sənədləri hazırlayacaqlar:

  1. Milli pasport;
  2. RF ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan əldə etmək olar);
  3. Orta təhsil haqqında sənədin əslini (2013-cü ilin məzunları I yarımillik üçün qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
  4. Tibbi arayış;
  5. QİÇS infeksiyasının olmaması barədə arayış;
  6. Doğum haqqında şəhadətnamənin surəti;
  7. 2 ədəd yeni cəkilmiş 3X4 sm ölçüdə fotoşəkil.

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 May 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib.) və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir.
Qəbul olunanların sənədlərini Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.
Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların siyahısı, plan yerləri və s. məlumatları TQDK-nın internet saytından (www.tqdk.gov.az) əldə etmək olar.