Planı hələlik, 85 faiz dolub
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
5 il sonra hansı ixtisaslar olacaq?
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
-
Abituriyentlər üçün kitabda I sinif sualları
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
“Vaxt uzadılmayacaq”
DİM-dən xəbərdarlıq
-
Dövlət qulluğunu şikəst edən DİM
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
-
DİM hamını aldadıb?
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
-
SAT - rüşvətlə alınmır
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
-
Rusiya da müəllimlərini qiymətləndirəcək
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
-
Belələrinə də şans verilməlidir
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
-
Testin ləğvi kimə sərf edir?
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
-
Tələbə qəbulunda testi qoruyaq
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
-
DİM hamıya bir gözlə baxır
Səsi ilə Azərbaycana səs salan çobana nə mane olur?
-
«Sistem çevik olmalıdır»
Məleykə Abbaszadə: «Pozuntu halları barədə Prezidentə məlumat veriləcək»
-
Sabah imtahandır
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
-
«... Vakansiyalar daha çoxdur»
Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var?
-
II mərhələyə 9522 nəfər buraxılıb
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
2017-18-ci tədris ili üzrə ali təhsil müəssisələrinin 42 min 669 plan yerinin 85 faizi artıq dolub. Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, 42 min 669 yer uğrunda müsabiqədə 42 min 804 abituriyent iştirak edib. Onlardan 36 min 428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunublar.
Onlardan 11 min 775 nəfərin dövlət sifarişi, 24 min 653 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı bildirilir.
Hazırda dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3 min 663, özəl ali təhsil müəssisələrində isə 2 min 579 nəfərdir.
Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerlərinin artıq, dolduğu bildirilir.
15 ali təhsil müəssisəsində yerlərin 90, 7 ali təhsil müəssisəsində 80, 5 ali təhsil müəssisəsində isə 50 faizinin dolduğu qeyd edilib. Ancaq həmin ali təhsil müəssisələrinin adları açıqlanmır.
Dövlət ali təhsil müəssisələrinə qəbul olunanlardan 29 min 284 nəfəri Azərbaycan, 3 min 478 nəfəri isə rus bölməsinə təhsil alacaq. Özəl ali təhsil müəssisələrinə düşənlərinsə 3 min 506 nəfəri Azərbaycan, 160 nəfəri rus bölməsinin payına düşür.
DİM bildirir ki, tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək qeydiyyatdan keçməlidirlər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı «Abituriyent» jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.
I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.
Bu il Azərbaycanda ilk dəfə imtahanlar iki dəfə olub. Üstəlik, imtahanlar ödənişli əsaslarla təşkil edilib. İmtahanların qiyməti 10 manatdan 100 manat arasında dəyişir. Yalnız ilk dəfə imtahan verənlər ödənişdən azad edilib.