Sabah imtahandır
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
5 il sonra hansı ixtisaslar olacaq?
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
-
Abituriyentlər üçün kitabda I sinif sualları
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
“Vaxt uzadılmayacaq”
DİM-dən xəbərdarlıq
-
Dövlət qulluğunu şikəst edən DİM
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
-
DİM hamını aldadıb?
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
-
SAT - rüşvətlə alınmır
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
-
Rusiya da müəllimlərini qiymətləndirəcək
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
-
Belələrinə də şans verilməlidir
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
-
Testin ləğvi kimə sərf edir?
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
-
Tələbə qəbulunda testi qoruyaq
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
-
Planı hələlik, 85 faiz dolub
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
-
DİM hamıya bir gözlə baxır
Səsi ilə Azərbaycana səs salan çobana nə mane olur?
-
«Sistem çevik olmalıdır»
Məleykə Abbaszadə: «Pozuntu halları barədə Prezidentə məlumat veriləcək»
-
«... Vakansiyalar daha çoxdur»
Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var?
-
II mərhələyə 9522 nəfər buraxılıb
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM ) iyulun 5-də ali məktəblərə növbəti qəbul imtahanları keçirəcək. DİM-dən Modern.az-a verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.
Bu imtahanlarda:
– Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17928 nəfər əvvəlki illərin məzunları;
– Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4886 nəfər əvvəlki illərin məzunları;
– Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 914 nəfər IX sinif , 2981 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 188 imtahan rəhbəri, 2182 nəzarətçi-müəllim ayrılıb.
Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) «İmtahana buraxılış vərəqəsi»ni internet vasitəsilə iyunun 30-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara «Yaddaş kitabçası»ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə (abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
«İmtahana buraxılış vərəqəsi»;
şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.