Hökumətin son qərarı
«Kimi qane etmirsə, onlarla işimiz yoxdur...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İstirahət günlərinin havası
Səyahət planlaşdıranların proqnoza baxması məsləhətdir
-
Abid Şərifovun “Alabala şirkəti”nin direktoru həbs olundu
Baş prokurorluq daha bir qrup iş adamının saxlanmasını açıqladı
-
«Çətin məsələdir»
Abid Şərifov dəhşətli yanğından danışdı
-
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
-
Daha iki min ailə köçürüləcək
«Sovetski»də növbəti proses başlanır
-
İki Şərifovun sabotajı
Ələt limanının tikintisində qorxunc maxinasiyalar, işıqlı projelər qaranlıq sularda necə batırılır
-
«Məsuliyyət hissini itirib»
Prezidentin köməkçisi: «Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir»
-
«Cəzasını alacaq!»
Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi
-
«Evrascon»un sonu yaxınlaşır
Şirkətinin işçiləri Moldovada aksiya keçirdilər
-
...«JEK» rəisi kabinetində öldü
Hacı Cavad məscidinin sökülməsində fəallıq edən...
-
«İşləri 8-9 aya yekunlaşdıracağıq»
«Hacı Cavad» məscidinin tikinti meydançasında nələr baş verir?
-
«Özlərindən küssünlər»
Prezident Abid Şərifovun şirkətinə sonucnu xəbərdarlıq etdi, vaxt verdi; Azərbaycanın həyati əhəmiyyətli strateji layihəsinin tikintisi ətrafında nə baş verir?!...
-
«Evrascon»un sonu çatıb?
Abid Şərifovu şirkəti qəzəbin episentrində; İlham Əliyev hansı oliqarxları və niyə hədələdi...
-
«Nə vaxt olub?»
Abid Şərifovun Xəzərdə batan neftçilərdən xəbəri yoxmuş...
-
Şəriovun biznes «abidə»si laxlayır
Baş nazirin ailə şirkətinin 233 milyon manat borcu var
-
Şərifovun şirkətində şər işlər...
...və ya Baş nazirin çətiri altında olan «EVRASCON»un Qazaxıstan sərgüzəştləri
Baş nazirin müavini Abid Şərifov bu gün Yasamal Rayon İcra Hakimiyyətində Bakının «Sovetski» məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşün nəticəsini açıqlayıb.
APA-nın məlumatına görə, A.Şərifov deyib ki, görüşdə evlərdə inventarlaşdırma işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub: «Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər».
Baş nazirin müavini əlavə olaraq hər ailə başına iki aylıq 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcəyini deyib: «1 kv.m üçün 1500 manat təklifi qüvvədə qalır. Kimi bu qiymət qane etmirsə, onlarla işimiz yoxdur, evlərində yaşasınlar. Bizim son qərarımız budur».
A. Şərifov inventarizasiyanın aparılmasının səbəblərini də açıqlayıb: «Biz bilmirik ki, orada nə qədər ailə yaşayır, ümumi sahə nə qədərdir? Nəzərə alınsa ki, mövcud qanunlarımıza görə əhali yalnız razılıqla köçürülə bilər, kim razıdırsa, vəsaitini alsın, istəməyən halallıqla yaşasın. Heç kim zorla köçürülməyəcək, köçürülməyəcəklərsə, yol da tikiləsi olmayacaq. İnventarlaşma 1-2 ay çəkəcək, inventarlaşma başa çatandan, Baş Plan hazırlanandan sonra baxacağıq ki, neçə ev sökülməli, neçə ev qalmalıdır?»