Avropa işğalçıdan uzaq durur
Bolqarıstan və Polşa Rusiya qazından imtina etdi, Azərbaycan və Əlcəzair qazına keçir
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Bolqarıstan Ukraynaya hərbi təcavüzə cavab olaraq Rusiya qazından imtina edir, Azərbaycan, Əlcəzair və Qətər qazına keçir. virtualaz.org xəbər verir ki, bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilyev ölkənin Milli radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Bolqarıstan “Qazprom”la müqaviləni uzatmayacaq. Müqavilə 2022-ci ilin iyulunda başa çatır. Vasilyev bu qərarın Ukrayna ətrafındakı situasiya və Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlı olduğunu deyib.
Bolqarıstan Rusiya qazından imtina edərək öz tələbatını Əlcəzair və Qətərdən sıxılmış qaz alaraq, eləcə də Azərbaycandan qaz təchizatını artıraraq ödəyəcək.
“Belə vəziyyətdə müqavilənin uzadılmasına dair “Qazprom”a heç bir danışıqlardan söhbət gedə bilməz. Bolqarıstan enerji resurslarını Qətər və Əlcəzair kimi alternativ təchizatçılardan ödəyəcək. Habelə Yunanıstan və Türkiyə ilə mövcud infrastrukturu işə salaraq sıxılmış təbii qaz alacaq, o cümlədən Azərbaycandan qaz idxalını artıracaq”, - nazir bildirib.
Xatırladaq ki, Azərbaycan 2013-cü ildə bağlanmış müqavilə əsasında TAP kəməri üzərindən Bolqarıstana ildə 1 milyard kubmetr qaz təchiz etməlidir. Lakin TAP kəməri 2020-ci ilin sonunda işə düşsə də Yunanıstandakı və Bolqarıstandakı rusiyameyilli qüvvələrin Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin tikintisini illərlə ləngitməsi ucbatından bu qaz tam həcmdə Bolqarıstana daxil ola bilmirdi.
Bolqarıstanda Rusiyaya bağlı siyasi qüvvələrin seçkiləri uduzmasından və yeni koalisiyanın hakimiyyətə gəlməsindən sonra rəsmi Sofiya interkonnektor kəmərini tikən yunan şirkətinin qarşısında işlərin 2022-ci ilin iyun ayına qədər tamamlanmasını qəti tələb kimi qoyub. Bu da həmin tarixdən etibarən Azərbaycandan nəzərdə tutulan 1 milyard kubmetr qazın hamısını əldə etməyə imkan verəcək. Bu isə Bolqarıstanın qaza olan tələbatının təxminən 30 faizi qədərdir. (Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkətinin rəhbərliyi Rusiya ilə gizli sövdələşmələrə görə işdən uzaqlaşdırılıb və barələrində cinayət işi qaldırılıb, o cümlədən keçmiş baş nazir Boyko Borisov bu günlərdə korrupsiya əməllərinə görə həbs olunub).
Bundan əvvəl Polşa da Rusiya qazından imtina etmək planını açıqlamışdı. Polşanın baş naziri Mateuş Moravetski martın 18-də bildirib ki, ölkə iqtisadiyyatının “derusifikasiyası” proqramı başladılır. Bu proqram Rusiya neftindən və qazından imtinanı da nəzərdə tutur. Polşa hökumətinin strateji energetika infrastrukturu üzrə nümayəndəsi Petr Naimski isə bildirib ki, Rusiya ilə qaz təchizatına dair uzunmüddətli müqavilənin müddəti bu il başa çatır və həmin müqavilə uzadılmayacaq. Hazırda Polşa Rusiyadan müqavilə üzrə göstərilmiş həcmin yarısı qədər qaz alır və onu alternativ mənbələrin hesabına təmin etmək imkanı var. Polşanın milli energetika şirkəti PGNiG artıq bununla bağlı danışıqlar aparır.