vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
10:13 | 10 iyun 2013 | Bazar ertəsi Məqaləyə 1950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ümrə ziyarətinə gedənlərə üzücü xəbər

Məkkəni ziyarət edəcək zəvvarlar burada 2 həftədən çox qala bilməyəcək

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı Həcc Nazirliyi Ümrə ziyarəti üçün verilən vizaların müddətini azaldıb. “Anadolu” agentliyinin yaydığı məlumata görə, nazirlik ölkə daxilindəki və xaricdəki turizm şirkətlərinə göndərdiyi bildirişdə viza müddətinin 2 həftə olacağını, bu qərarın sabahdan qüvvəyə minəcəyini qeyd edib. Nazirlik rəsmiləri xüsusilə Ramazan ayında Ümrə ziyarətinə gələnlərin sayında çoxalma müşahidə olunduğdan belə bir qərar qəbul etdiklərini bildiriblər.

Məlumata görə, Həcc Nazirliyinin bu addımı əvvəlcədən Ümrə ziyarəti üçün uzunmüddətli yer ayırmış yerli və əcnəbi turizm şirkətləri ilə müştərilər arasında problemlər yaradacaq. Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi isə Ramazan ayı və Həcc mövsümü üçün hazırlıqların davam etdiyini bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu mövsümlərdə müqəddəs torpaqlarda 21 xəstəxana, 154 tibb məntəqəsi və 20 000 nəfərlik səhiyyə heyəti bütün gücü ilə zəvvarların xidmətində olacaq.