vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
23:57 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 2588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Özbəklərdən ilginc dini qərar

Ölkə vətəndaşları Həccə ziyarətinə yalnız bir dəfə gedə biləcək

Ə.RZAZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Əvvəllər həcc və ya ümrə ziyarətində olmuş Özbəkistan vətəndaşları indi bu ziyarətləri təkrarlaya bilməyəcəklər. Strateq.az xəbər verir ki, 2017-ci ildən etibarən həcc və ümrəyə yalnız heç vaxt zəvvar olmamış şəxslər gedəcəklər.

Bu qərar Nazirlə Kabineti yanında Dini İşlər üzrə Komitə tərəfindən qəbul edilib. İstisna yalnız Məkkə və Mədinəyə xidməti ezamiyyətə gedən və müqəddəs yerlərə ziyarətləri təşkil edən vəzifəli şəxslərə aiddir.

Xatırladaq ki, Özbəkistanın həcc kvotası ən azı 25 min nəfərdir. Lakin Özbəkistan hökuməti hər il zəvvarların sayını beş min nəfərlə məhdudlaşdırır. 2017-ci ildə ümrəyə 6 min zəvvar yola düşəcək.