Çıxdın beşə, vur on beşə
Hacı Əbdül 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır, Hacı Qalib də 29-cu dəfə Kəbəni ziyarətə gedir
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Varlı olsa da mühüm problemi həll edə bilmir
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
-
“Bütün səyləri baltalayır”
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
-
“Qətiyyət paytaxtı olaraq qalacaq”
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
-
Bayden düşmədən qərarı qüvvədən düşdü
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
-
Şahzadə Salmandan inqilabı yenilik
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
-
Dünyanın gözü zillənən zirvə
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
-
Bin Salmanın barədə açılan iddia rədd edildi
Şahzadənin toxunlmazlığına görə Qaşıqçının ölümündəki şübhəli şəxslər barədə cinayət işinə işə xitam verilib
-
ABŞ-ın yaratdığı boşluq Çini cəlb edir
Si Tsinpin Səudiyyə Ərəbistanına tarixi səfəri ilə Qərbə meydan oxuyur?
-
Ər-Riyad sözünü tutmur
Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib
-
Seyrçi qalmayacaqlar
İran hücum etsə qarşısında böyük koalisiya görəcək
-
QMİ yuxudan ayıldı
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
-
Ər-Riyad Kremlə tərəf sürüşür
Vaşinqton istədiyini ala bilmir
-
““Bədəllər”lə üzləşəcək”
Co Bayden Səudiyyə Ərəbistanını hədələdi
-
“Yaxın Şərq NATO-su” qurula biləcəkmi?!
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
-
Baydenin Yaxın Şərq səfəri çətin keçir
İnsan hüquqları qrupları ABŞ prezidentinin hər görüşünü yaxından izləyir və hər sözünü diqqətlə dinləyir
-
Geosiyasi gərginliyə təsadüf edən görüş
Baydenin Ər-Riyada yollandığı ərəfədə Bin-Salman beynəlxalq münasibətlərin bərpasına çalışır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşların sənəd qəbulunu davam etdirir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulsa da, sonradan daha 300 yer əlavə olunub. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir.
Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.
Son illər Azərbaycandan olan bəzi zəvvarlar fasilə vermədən dalbadal Həcc ziyarətinə gedirlər. Hətta Həcc ziyarəti üçün müəyyənləşdirilən qiymətin yüksək olması belə, həmin zəvvarları durdura bilməyib.
Maraqlıdır, bəs bu il ziyarət paketinin qiymətinin daha da yüksəlməsi Həcc rekordu qıran zəvvarların səfər etməsinə mane olmayacaq ki?..
Modern.az saytı mövzu ilə bağlı «Tövbə» cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovla əlaqə saxlayıb. Çünki Azərbaycandakı Həcc rekordçularından biri də odru. Hacə Əbdül bildirib ki, qiymətlərin yüksək olması onun Həcc sevgisini əngəlləyə bilməz.
«Həcc ziyarəti elə bir xoş əməldir ki, bu yolu az getsən ləzzətini bilməzsən. Adam istəyir ki, ömrü boyu Həcc ziyarətinə getsin. Ora səfər etmək məhəbbət işidir. İnsanın qəlbində mütləq sevgi olmalıdır. Bu il 29-cu dəfə Həccə gedəcəm».
Bir müddət əvvəl ürəyində problem yarandığı üçün müalicə alan Hacı Əbdül bu dəfəki ziyarətə də tək getməyəcəyini vurğulayıb.
«İnşallah, bu il də qismət olsa, Həcc ziyarətinə oğlum və adaşım Hacı Əbdüllə gedəcəyəm. Oğlumun 7 yaşı var. Bu il 3-cü dəfə ziyarətə gedəcək. Oğlum 5 yaşında Hacı olub. Yaşı az olsa da, getməməklə bağlı bir kəlmə də deməyib. Həm də oğlum Həcc ziyarətində mənə kömək edir. Həcc ziyarətinə yollanarkən nəinki, pulumu, canımı da verməyə hazıram. Qarşıdan Ramazan ayı gəlir. Səhhətim indi yaxşıdır. İnşallah bu il oruc tutub namaz qılacam».
Keçmiş deputat Hacı Qalib Salahzadə də zəvvarlar üçün ayrılan ziyarət paketinin qiymətindən danışıb.
«Həccə getmək müqəddəs səfərdir. Gərək içində sevgi olsun. Heç nə Həcc ziyarətimi həyata keçirməyi əngəlləyə bilməz. Bu il də qismət olsa Həcc ziyarətinə gedəcəm.
Məgər Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Heç vaxt pula görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin».
Hacı Qalib Salahzadə bundan əvvəl 28 dəfə Həcc ziyarətində olub. Bu il o, 29-cu dəfə Həccə getməyə hazırlaşır.