«Belə məsləhət imiş»
Daha bir general ehtiyata buraxıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanın ən böyük ordusu məzxərəyə qoyuldu
Gəmi komandirinin tərs nişangahlı avtomatla fotosu ABŞ donanmasının nüfuzunu zədələyib
-
Dünyanın ən böyük ordusu məzxərəyə qoyuldu
Gəmi komandirinin tərs nişangahlı avtomatla fotosu ABŞ donanmasının nüfuzunu zədələyib
-
«Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...»
Vitse-admiralla prokuror arasında «dəniz döyüşü»
-
Şahin Sultanov həbs edildi
Məhkəmə HDQ-nin sabiq komandanı barəsində həbs qətimkan tədbiri seçdi
-
Beydullayev də istintaqda?
Sabiq baş inspektoru da Şahin Sultanovun taleyi gözləyir
-
«Əbiyevçi»lərin həbsi davam edir
HDQ-nin iki zabiti tutuldu; vitse-admiral Şahin Sultanovun da həbsi gözlənilir
-
Orduda «Əbiyevçi»i ovu davam edir
Sabiq nazirin adamlarını bir-bir «dənləyirlər»
-
«Belə məsləhət imiş, belə də oldu. Bu barədə heç nə danışmaq istəmirəm». Bunu APA-ya açıqlamasında dünən tutduğu vəzifədən azad edilən Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov deyib. O, ölkə başçısının sərəncamına əlavə şərh vermək istəmədiyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.
***
Bu arada Azərbaycan Müdafiə Nazirliyində xidmət edən daha bir general Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılması xəbəri gəldi. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Xatırladaq ki, bu günlərdə müdafiə nazirin əmri ilə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev daxil olmaqla, 7 general - Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər.