Şahin Sultanov həbs edildi
Məhkəmə HDQ-nin sabiq komandanı barəsində həbs qətimkan tədbiri seçdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanın ən böyük ordusu məzxərəyə qoyuldu
Gəmi komandirinin tərs nişangahlı avtomatla fotosu ABŞ donanmasının nüfuzunu zədələyib
-
Dünyanın ən böyük ordusu məzxərəyə qoyuldu
Gəmi komandirinin tərs nişangahlı avtomatla fotosu ABŞ donanmasının nüfuzunu zədələyib
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
“Faizin aşağı düşməsi müsbət faktordur”
Nazir dövlət istiqrazlarından danışdı
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
Proqnozları alt-üst edən hərrac
Dövlət istiqrazlarına maraq kəskin artıb
-
Lazımsız layihələrdən imtina
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
-
Manat yerləşdirmək üçün daha bir fürsət
Hərrac olacaq
-
«Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...»
Vitse-admiralla prokuror arasında «dəniz döyüşü»
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.
Məhkəmədən verilən məlumata görə, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər.
***
saat 17.16
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı Hərbi Məhkəməsinə aparılıb.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində prokurorluğun Ş. Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə vəsatətinə baxılacaq.
***
saat 15.35
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov tutulub.
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Ş.Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, APA bir müddət əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayıb.
Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanovun komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.
Eyni zamanda HDQ-nin bir neçə hərbi qulluqçusu saxlanılıb. Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.
Ş.Sultanovun həbsi barədə xəbər yayılması ilə bağlı bu gün səhər saatlarında qafqazinfo.az saytı da məlumat yayıb.