
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Qazaxıstanın mərkəzində mal-qaranın kütləvi qırılmasına Ukrayna və Rusiyadan vaksin gətirilməməsi səbəb göstərilir. Fevralın 24-də Rusiyanın qonşusuna qarşı əsassız müharibəyə başlaması təchizatı pozub. Son günlər Qarağandı vilayətində 76 inək və buzovun yoluxucu xəstəlikdən tələf olduğu bildirilir. Daha 150 inəyin də xəstəliyə yoluxduğu güman edilir.
Qarağandı vilayətində Baytarlıq İdarəsinin başçısı Qaiyrbek Tursinbekov iyunun 13-də televiziyaya müsahibəsində deyib ki, mal-qara arasında tələfolmanın kəskin artmasına anaerob infeksiyaya qarşı vaksin qıtlığı səbəb olub. Bu dərmanlar əsasən Ukrayna və Rusiyadan gətirilir.
***
“Bu kənddə 3 min mal-qaranı peyvəndləmək planımız vardı. Ancaq cəmi 25 faizinə peyvənd vura bilmişik, çünki yetərincə peyvəndimiz yoxdur”, – deyən Tursinbekov əlavə edib ki, anaerob infeksiya və digər xəstəliklərlə mübarizə uçun vilayətə 350 min doza peyvənd lazımdır.
“Vaksin təchizatçılarımız Ukrayna və Rusiyadır. Xəstəliyin diaqnozu avadanlığı da Ukraynadan gəlir. Bu mövsüm planlaşdırdığımız vaksinasiya üçün yetərincə peyvənd əldə edə bilmədik”, – o vurğulayıb.
Aqşoqi kəndinin rəsmiləri sanitar nəzarəti gücləndirib, yerli baytar ekspertlərinin anaerob infeksiyadan tələf olduğunu müəyyənləşdirdiyi heyvanların yandırılması üçün yerlər ayırıb.
Tursinbekov onu da qeyd edib ki, infeksiyanın vilayətə və ölkəyə yayılmasının qarşısını almaqdan ötrü vaksin çatdırılması mümkün qədər tez bərpa olunmalıdır.
Fevralın sonunda Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.