vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DİGƏR NÖVLƏR  
22:52 | 8 iyul 2022 | Cümə Məqaləyə 1363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bazar günü sərt mübarizə olacaq

3 komandanın fərqli sürücüləri podium uğrunda yarışacaq

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslində, mən fərqin bir qədər çox olmasını gözləyirdim – amma son cəhdində Maks Ferstappen ilk 2 sektorda əldən verdiyini son sektorda geri qaytara bildi.

Problem ondadır ki, elə Şarl Lekler də eyni ssenari ilə gedirdi – yalnız 3-cü sektorun rekordu sayəsində poulu ələ keçirmişdi, amma ilk cəhddə uduzduğu fərqi qapada bilmədi.

Karlos Saynsın ilk iki sürücüyə yaxınlığı böyük ehtimalla onların hər iksinin xırda səhvləri ilə izah oluna bilər – istənilən halda, deməli, Sayns səhvsiz dövrə vurub.

Təəssüf edirəm ki, bu mübarizədə Lyuis Hamiltonu görmədik - necə də gözəl olardı 3 komandanın fərqli sürücülərini poul uğrunda sıx mübarizdə görmək.

Amma sabah sprintdə məsələni düzəltmək olar, bazar günü isə liderlərlə sıx mübarizə də aparmaq mümkündür...