vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
İkincilik uğrunda mübarizə 19:42 | 19 noyabr 2022 | Şənbə Məqaləyə 1406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İkincilik uğrunda mübarizə

Sabahkı finiş maraqlı olacaq

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Maks ideal dövrə vurdu - əvvəlki sessiyalarda maşının önündən narazı olan niderlandlı sürücü son sessiyada sanki uçurdu və hətta ilk cəhdi belə poula yetərli idi. Rəqibləri üçün əlçatmaz idi və mövsümə xas olan səhvlərə yol vermədi.

Komanda da əla işlədi və Peresi də ilk cərgəyə çıxartdı, əgər sabah yarışın startı və gedişi normal olsa, finişi də maraqlı olacaq.

Amma finişi gözləməyə ehtiyac qalmaya da bilər. Çünki ikinci cərgə “Ferrari”lərin və arxadakı cərgə “Mercedes”lərin oldu. Startda və yarışın gedişində fərqli ssenari ola bilər. Çempionatda 2-ci yer uğrunda mübarizə gedir. Hətta “Mercedes”lər önə çıxsalar belə, “Ferrari”lərin onların arxasında finiş görməsi 2-cilik üçün kifayətdir.

Bu həftəsonu Fettelindir sevimli traslarından birində yenə də son sessiyaya qədər gəldi. Yarış tempi ikinci liqanın ən yaxşısı olmağa imkan verəcək. Finişdən sonra isə bu dəfə Lyuis və Fernando onu yola sala bilərlər...

Sabah mövsümün son yarışıdır, bəzi sürücülər üçün karyerasının son yarışıdır, bəziləri üçün indiki komandalarda son yarışdır. Biz isə sadəcə gələn mövsümə köklənmişik...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)