vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DİGƏR NÖVLƏR  
Nəfəskəsən mübarizə 01:58 | 13 noyabr 2022 | Bazar Məqaləyə 1162 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəfəskəsən mübarizə

“Mercedes”lərin qələbə şansını artırıb

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Braziliya yenə də MÖHTƏŞƏMDİR! Ölkədə ardıcıl 2-ci sprint və yenə də nəfəskəsən mübarizə. Hələ bu dəfə maraqlı sıralanma turunu da üstünə gəlsək, bəlkə də mövsümün ən maraqlı həftəsonu alınar...

“Mercedes” ardıcıl ikinci yarışdır güclüdür – mövsümün sonuna problemlər həll olunub, yoxsa yenə də dəniz səviyyəsindən hündürlük öz rolunu oynadı? Bunu Əbu Dabidə gələn həftə biləcəyik.

Maksın maşınında Avstriyada gördüyümüz problem yaşanır – onda sprintdə “Ferrari”lərin başı öz mübarizələrinə qarışdı və Maks qələbə qazandı, amma yarışda təkərləri yenə tez yeyildi və Leklerə uduzdu. Şpilberq və San Paulu dəniz səviyyəsindən eyni hündürlükdə yerləşirlər, ona görə də sabah eyni problemin Maksda təkrarlanması mümkündürmü? Ehtimalı var.

İstənilən halda, bu gün Corc hər şeyi düzgün və gözəl elədi. Sabah ilk cərgədən start “Mercedes”lərin qələbə şansını artırır. Corc üçün ən çətin iş Lyuisin hücumlarına tab gətirmək olacaq. Aydındır ki, Lyuis mövsümdə ilk (bəlkə də yeganə) qələbəsini qazanmaq üçün hər şey edəcək. 

Maşınlar üzərində iş görmək, sazlanmaları dəyişmək olmaz – ona görə də sabah RB-nin nə edəcəyi maraqlıdır. Əminəm ki, sabah bizi maraqlı yarış gözləyir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)