


Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
Kevin Maqnussen – mövsümöncəsi qış testlərinə çıxmadı. Sezonun başlamasına bir gün qalmış komandaya gəldi. Gəldiyi gündən də Şumaxerdən üstün idi. Bu gün də poul qazandı. Düzdür, bəxti gətirdi, amma onunla eyni şəraitdə daha güclü maşını olan Sayns, Norris, Alonso, Rassell və Hamilton kimi adamlar var idi. Bacarmadılar.
Braziliyada həmişə surprizlər olub. 1991-də Sennanın 6-cı ötürməsə ilişən maşınla qazanması, 2001-də Montoyanın Şumaxerə məşhur hücumu, 2003-də Cordanla Fizikella qazandı, 2010-da Hulkenberq poulda idi, 2019-da məlum yarış, keçən il Hamiltonun dərslikləri salınası yarışı, bu gün də Maqnussen. İnterlaqos möhtəşəmdir.
Almaniya mediası Şumaxeri mənasız yerə şişirdir, amma adam bacarmır. Formula3-də və Formula2-də çempion olanda da peleton elə güclü deyildi. Təsəvvür edin, əsas rəqibləri Mark Şvartsman, Nikita Mazepin və Yuki Tsunoda idi. Bu gün də 20-ci oldu. Yəqin ki, gələn il orada olmayacaq. Doğrusu budur.
“Ferrari” niyə görə marjinal strategiya seçdi Leklerə? Görəsən Lekler özü istəmişdi?
Sabah Perez, Lekler və Sayns yan-yanadırlar. Üçünün taleyi bir yazılıb