


Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
Yatmayıb, yarışı sona qədər izləyənlər yəqin ki, xaotik sıralanma turundan həzz aldılar.
Kevin Maqnussen həm özünün, həm də komandasının ən yüksək nəticəsini maksimuma daşıdı – ilk poul əlamətdardır. Mövsümün əvvəlində Mazepinin yerinə onun gəlməsi çoxlarının xoşuna gəlməsə də, sürücü ilk yarışlarda öz çıxışı ilə hamını susdurmuşdu.
Bu gün həm yağış Kevinə kömək etdi, həm də Corc Rassell – qırmızı bayraqlar olmasaydı, pouldan onu kimsə məhrum edə bilərdimi? Bu sualın cavabını heç vaxt bilməyəcəyik, fakt odur ki, üst sıradakı komandalardan başqa bu il yeganə poul qazanan komanda Haas oldu. Maraqlıdır ki, bu gün komandanın sahibi 70 yaşını bayram edir və doğum günündə ona bundan gözəl hədiyyə ola bilməzdi.
Maks ənənəvi olaraq həlledici dövrədə səhvə yol verdi - bu dəfə 2-ci sektorda təkərləri bloka saldı. Corc da əlindən gələni etdi – ilk cəhdində 3-cü oldu, daha sonra çınqıllığa düşdü.
“Ferrari”lər isə arsenallarını artırırlar. Bu dəfə Lekleri quru trasa yağış təkəri ilə yolladılar. Sonra da ilk dövrədən sonra çağırmayıb 2-cidən sonra boksa çağırdılar. Hələ əvvəlki sessiyada təkərləri qarışdırmaqları nəyə desən dəyər.
Yayımda da dedim - 2010-cu ildə qurumaqda olan trasda Niko Hülkenberq poul qazanmışdı, amma bazar günü ilk döngəyə qədər Fettel və Vebber artıq onu keçmişdilər. Sabah da belə olacaqmı?