113-cü sürücü ...
... Yaxud 140 yarışda ilk hadisə
Rahim ƏLİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Honda” qayıdır
Necə və kiminlə?
-
Bir eranın sonu ...
4 qat gənc çempion və 9 ardıcıl qələbə rekordunu kimsə təkrarlaya biləsin ...
-
Məlumun elanı…
... Şumaxerin yerinə Hülkenberq
-
Fetel gedir
O yaddaşlarda dəbilqəsiz pilot kimi qalacaq
-
Son 10 ilin ən fenomenal yarışı
Verstappen pilotaj anlayışını başqa səviyyəyə daşıyıb
-
Verstappenin “Honda” xatirəsi
“Formula-1” pilotu atasının sınaqdan çıxardığı sükanın arxasına keçib
-
“Mersedes”in siyasi oyunları
Alman markası öz qazdığı quyuya düşdü
-
Qələbə seriyası davam edir
Ferstappen və Sayns gözəl tamaşa göstərdi
-
Günün adamı – Alonso
Ağılsızı isə Rasselldir
-
“Bakı halqası sürət sevənlər üçün idealdır”
Budəfəki yarışda tamaşaçılar üçün bulvar boyu tribunalar quraşdırılmışdı
-
“Formula 1” haqda bilmədikləriniz
Hamiltonun qələbəsi Şumaxerdən daha çoxdur
-
“Formula-1” həyəcanı başlanır
Sürət peşəkarları Qız qalasının başına 51 dəfə dolanacaqlar
-
Yarış həftəsi başlayır
Növbəti dəfə qəhrəman olacaq, yoxsa axmaq?
-
İkiqat çempionluğun səsləri ...
Ferstappen fürsətdən yararlanacaqmı?
-
24 yaşında 24-cü qələbə
Komanda əmri qalibiyyətə duz qatdı
-
Alman pilotun Almaniyadakı fiaskosu
25 il əvvəl “Formula-1”də yaşananlar
Bu həftəsonu ilk günündən maraqlı başlamışdı. Sıralamada turunda Maqnussenin poul qazanması 140 yarışda ilk dəfə baş verən hadisə idi. Şənbə günü Corc Rassell möhtəşəm ötmə ilə liderliyi ələ aldı və ilk dəfə finişdə birinci oldu, düzdür, sprint idi, qısa yarış idi, amma artıq aydın görünürdü ki, “Mercedes” bu trasda güclü olacaq.
Yarışda isə dünənki ehtimalım təxminən təsdiqləndi – Maks trasda tələsməsə və o döngədə Luislə təmas yaşamasaydı, bəlkə də fərqli podium görərdik, amma bunu artıq heç kim bilməyəcək. Fakt isə gördüyümüz yarış və gördüyümüz podiumdur.
Maksla Luisin insidentinə yenə də bir neçə dəfə baxdım - yenə də yayımda dediyim fikrin üstündə dururam, ya sadəcə yarış insidenti kimi üstündən keçmək lazım idi, ya da cəza verilirsə, Maksa verilməməli idi. Luis sağ tərəfdə Maksa bir maşınlıq yer qoymalı idi. Maks yarım korpus onun yanında idi – əminəm ki, bu insident gələn cümə Əbu Dabidə sürücülərin brifinqində danışılacaq mövzu olacaq.
Luis günün sürücüsü seçildi, təəssüf ki, Corc real hücum şansı belə olmadı. Corc bu gün hər şeyi ideal etdi – startda da, restartda da. Bütün yarış məsafəsində də – Pereslə fərqə də nəzarət etdi, sonra da Luisi DRS məsafəsinə belə buraxmadı. Layiqli qələbə idi. “Formula-1” tarixində qələbə qazanmış 113-cü sürücü oldu. İlk qələbə unudulmaz olur və həftəsonunda maksimum xal topladı.
Mən günü sürücüsü Alonsonu seçdim – bu dəfə komandası da düzgün qərarlar qəbul etdi və son cərgələrdə başlayan Alonsonu 5-ci yerə qədər gətirdilər.
“Red Bull” bu gün səhvlərlə yadda qaldı – Maks ilk dövrələrdə niyə tələsdi o hücumla? Sonrada DRS-lə asan hücum edə bilərdi. Peresi isə sarı təkərə niyə keçirdilər? sonda mütləq qırmızı lazım idi - Təhlükəsizlik Maşını da əleyhinə oldu.
“Ferrari” isə, əksinə, əldən getmiş yarışı hər iki sürücüsü üçün xilas etdilər. Karlosun da son dövrədə Şarlı buraxmamasını dəstəkləyirəm – niyə buraxmalıdır? Yenə titul uğrunda mübarizə olsa, başa düşərdim – amma Senna demişkən: ikinci birinci uduzandır. Yəni ikinci olmağa can atır? Çempion olmağa can atmaq lazımdır...
Stüardlar yenə də öz liqalarındadırlar – qərarlar gec qəbul olunurdu. TM də trasa gec buraxıldı, Tsunodanı isə xronometrajda dövrəvi sürücü kimi görməmək heç bir ağla sığmır...