vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
15:58 | 31 may 2013 | Cümə Məqaləyə 5014 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycana cins inəklər gətiriləcək

«Şarole» və «Holşteyn Fris» cinsindən olan düyələr yüksək məhsuldarlıqları ilə seçilir

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 26-31-də keçirilən Beynəlxalq Epizootiya Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək məqsədilə Parisdə (Fransa) səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Fransadan alınması nəzərdə tutulan «Şarole» və «Holşteyn Fris» cinsindən olan yüksək məhsuldar damazlıq düyələrə, onların saxlanma və yemlənmə şəraitinə baxış keçirmək məqsədilə Burqundiya vilayətində olub. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlum olduğu kimi, nazir İ.Abasovun fevralda Fransaya səfəri zamanı cins heyvanların alınması məsələsi ilə bağlı ilkin danışıqlar aparılıb, Fransanın kənd təsərrüfatı naziri, İnəklərin İxracı Assosiasiyasının rəhbəri və digər aidiyyəti şəxslərlə görüşlər keçirilib. Fransadan alınacaq düyələrin bir hissəsinin bu ilin iyun ayında Azərbaycana gətirilməsi gözlənilir.
Qeyd edək ki, İ.Abasovun Fransaya səfəri mayın 31-də başa çatır. Bundan sonra, iyunun 2-7-də Beynəlxalq Üzüm və Şərab Təşkilatının 36-cı Dünya Konqresində və Azərbaycanın bu təşkilata üzv qəbul olunması ilə bağlı təqdimatda iştirak etmək üçün bu sahə üzrə aidiyyəti mütəxəssislərlə birlikdə iyunun 1-də Parisdən Buxarestə (Rumıniya) yola düşəcək.