vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
11:08 | 15 iyul 2022 | Cümə Məqaləyə 983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İyul neftə düşmədi

Qara qızılın qiyməti qızmar ayda əriyir

Vüqar BAYRAMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında “Brent” markalı neftin 1 bareli 99 dollara təklif olunur. Qiymətin yenə də yüksək olmasına baxmayaraq iyul ayı hələlik neft bazarı üçün düşərli olmayıb. Belə ki, son 1 ayda neft 20 faizə yaxın dəyər itirib. Doğrudur, mövcud qiymət də kifayət qədər yüksəkdir və enerji ölkələrinin valyuta gəlirlərinin artmasına imkan yaradır. Bununla belə, son tendensiya neft bazarında volatilliyin yüksək və istənilən zaman qiymətlərdə sıçrayışların olacağını istisna etmir.

Neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.

Bu arada dünyada COVİD-19 virusuna yoluxma sayının artması da neftə olan tələbə təsir göstərməkdədir. Çində yaz qapanmalarından sonra yenidən bir sıra aparıcı ölkələrdə yenidən sərt karantinin tətbiqi gözləntisi artmaqdadır. Bu isə neft istehlakı yüksək olan ölkələrdə, xüsusən Çində yenidən qapanmalar olacağı halda enerji qiymətlərinə ciddi təsir edəcək.

Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir.