“Bu məsələlərdə ciddi olun”
Ziyafət Əsgərov komitə sədrlərinə səsləndi
lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Bu gün Milli Məclisdə "Gömrük tarifi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanunun çox vacib olduğunu bildirib. O, layihənin dili ilə bağlı iradların nəzərə alındığını söyləyib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Vitse-spiker Ziyafət Əsgərov ikinci oxunuşda etiraz olmadığı üçün qanun layihəsinin üçüncü oxunuşda səsə qoyulmasını təklif edib.
Vitse-spiker Valeh Ələsgərov söz alaraq layihədə kommersiya və kompensasyia sözlərinin əvəzlənməsini istəyib. Onun sözlərinə görə, kommersiya sözünü ticari sözü ilə əvəz etmək olar. Ələsgərov qeyd edib ki, “kompenssiya” sözü “əvəzini ödəmək” deməkdir. O, kompensasiya sözünün də əvəzlənməsini istəyib: “Bu qanunu hazırlayan Azərbaycan dilini bilmirsə, yanında Azərbaycan dilini biləni əyləşdirək. Bu, qanundur, bədii əsər deyil”.Ziyad Səmədzadə isə dünən 3-4 saat bu terminlərin mahiyyətinin açıqlanması ilə məşğul olduqlarını bildirib: Kompensasiya kimi məsələlərlə bağlı ümumi razılıq var. Valeh müəllimin qaldırdığı məsələ haqlıdır. Çalışaq ki, qanun layihələrimizdə xarici sözlər minimum az işlədilsin”.
Ziyafət Əsgərov da Valeh Ələsgərovla razılaşdığını dilə gətirib: “Bu məsələyə adi baxmaq olmaz, ciddi yanaşmaq lazıdır. Söhbət burada dilin təhlükəsizliyindən gedir. Komitə sədrlərinə bildirəm ki, dil məsələsinə diqqətli yanaşsınlar, ciddi olsunlar. Beynəlxalq sözlərin işlədilməli deyirsiz, bəs Azərbaycan sözləri nə vaxt işlədiləcək’.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.