«Vəziyyət Azərbaycan üçün çox ağırdır»
«Ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük beynəlxalq böhranlar gözləyirlər»
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox sərt qərarlar verə bilərik”
Eldar Namazov: “1988-ci ildən bəri Ermənistan bu qədər zəif olmayıb”
-
«Heydər Əliyev atəşkəsə razılaşıb-razılaşmamaq barədə qərar verməli idi»
Mərhum prezidentin sabiq köməkçisi Eldar Namazov Qarabağla bağlı bəzi sirləri açdı
-
Varislərin miras davası
İlham Rəhimovun Ruhiyə qayıdışı, nigahdankənar uşaqlar və milyardlarla dollarlıq varidat...
-
Böyük miras uğrunda mübarizə
İlham Rəhimovun Ruhi il barıması ilginc proseslərin başladacağı ehtimalını gücləndirir
-
«Ya sülh olacaq, ya müharibə»
Azərbaycan prezidentinin keçmiş köməkçisi Eldar Namazov müsahibəsində siyasi münasibətlərdən danışıb
-
Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı
Öz ərizəsi ilə…?
-
Rauf Mərdiyevin fərdi «keyfiyyət»ləri...
... və ya İlham Əliyev namərd mərdiyevlərlə necə davransın
-
«Aslanov-Osmanlı işi»ndə erməni izi
«Faydalı axmaqlar» rolunda çıxış edən «beşinci kolon» bütöv ordudan da yaxşı işləyir
-
«Qətiyyətlə bəyan edirəm ki, ...»
Rəbiyyət Aslanova oğlu haqda MTN-ə müraciət etdi
-
Aslanovların hesabları donduruldu
Məmurlar bu qərarın dəyişdirilməsinin «imkanları xaricində» olduğunu bildiriblər
-
««Soros»un ucbatından ABŞ-a gedə bilmədik»
«Vətəndaş cəmiyyəti kasıbdır»
-
Aslanovun saytları əl dəyişir?
Gun.az Baimovun adından çıxdı, News.az isə Anar Məmmədovun nəzarətinə keçdi
-
İki dostun həyata keçməyən planları
«Elnur Aslanovla Elşad İsgəndərovun nurçularla birgə layihələri vardı»
-
Palaza bürün, «El»lə sürün
«Nurçular» komandasından daha bir nəfər vuruldu
-
«Fərasətə bax, hamını aldadıb»
Elnur Aslanovun Mərkəzi Kəşfiyyat İdarəsi ilə yazışmaları üzə çıxdı (FOTOLAR)
-
Bir gəncin «manifest»i
... və ya Ceyhun Osmanlı Amerikanı necə aldatdı?
Azərbaycanın ətrafında və daxilində cərəyan edən proseslər, bir sıra aktual mövzularla bağlı EL hərəkatının sədri Eldar Namazov «Yeni Müsavat»ın suallarını cavablandırıb. Müsahibədə Eldar Namazov maraqlı və indiyə qədər heç vaxt açıqlamadığı məsələlərdən danışıb.
- Eldar bəy, Rusiyanın Ukrayna ərazisini işğal etməsindən sonra pəncələrini digər sovet respublikalarına da uzadacağı barədə proqnozlar irəli sürülür. Azərbaycanın da daim şimal qonşusunun əsas hədəfindəki ölkələrdən biri olduğunu nəzərə alsaq, Rusiyanın aqressivləşməsi ölkəmizə hansı təhlükə vəd edir?
- Ukraynanın, Krımın ətrafında baş verən
hadisələr demək olar ki, ötən əsrin ikinci yarısından - II Dünya müharibəsindən
sonra təqribən 20-30 ilin ərzində formalaşmış beynəlxalq münasibətlər və
beynəlxalq təhlükəsizlik sisteminə öldürücü zərbə vurub. Demək olar ki, bütün
əsas beynəlxalq təşkilatların fəaliyyəti həm indi, həm də gələcəkdə sual
altındadır. Bu, BMT-yə də aiddir. Ona görə ki, BMT-nin Təhlükəsizlik Şurasının
veto hüquqlu bir üzvü dünyaya meydan oxuyur, qonşu ölkələrin ərazilərini işğal
edir. Veto hüququna malik olduğuna görə BMT-nin fəaliyyəti demək olar ki, iflic
vəziyyətdədir. ATƏT-də də veto hüququ qaydası mövcuddur. Ona görə də ATƏT-in də
hazırkı durumda vəziyyətə nəinki ciddi müdaxilə etmək, hətta regiona öz
müşahidəçilərini göndərmək imkanı əlindən alınmışdı. Yalnız Krım işğal
olunandan sonra Rusiya öz veto hüququnu geri götürdü və Ukraynanın qalan
ərazisinə ATƏT-in müşahidəçi missiyalarını göndərmək mümkün oldu. Xüsusi qeyd
eləmək lazımdır ki, ümumiyyətlə, II Dünya müharibəsindən sonra formalaşmış
beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik sistemləri onsuz da çoxdan
çat vermişdi.
Bu, ilk dəfə deyildi belə bir hadisə ilə
üz-üzə qalırıq. BMT Təhlükəsizlik Şurasının onlarla sayda qətnamələri var ki,
icra olunmamış qalır. Elə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı da
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Ancaq bu qətnamələri Ermənistan
yerinə yetirmir və Ermənistanın da arxasında BMT Təhlükəsizlik Şurasının daimi
üzvü Rusiya dayandığı üçün bu qətnamələrin də icrası iflic vəziyyətdədir.
Nəhayət, II Dünya müharibəsindən sonra güclərin balansı da xeyli dəyişmişdi.
Xüsusən SSRİ dağılandan sonra xeyli dəyişmişdi. Ona görə də kifayət qədər böyük
nüfuza malik ölkələr var ki, onlar da BMT-də islahatların keçirilməsini tələb
ediblər. Həm BMT-də, həm ATƏT-də veto hüququnu artıq sual altına alırlar və
ləğv olunması məsələsini qaldırırlar. Ona görə bu tələb irəli sürülür ki, bir
ölkənin vetosu beynəlxalq qurumların işini iflic etməsin. NATO-ya qəbul
məsələsində də çox ciddi müzakirələr gedirdi. Ona görə ki, son dövrlərdə artıq
aydın idi ki, NATO-ya üzvlük məsələsini çox uzatmaq, bu quruma üzv olmaq
istəyən ölkələrin qarşısında çoxpilləli şərtlər qoymaq siyasəti ona gətirib
çıxardır ki, NATO-nun genişlənməsini istəməyən ölkələr, məsələn, Rusiya NATO-ya
üzv olmaq istəyən qonşu ölkələrə qarşı hərbi və siyasi təzyiqlərə əl atır,
onları parçalayır, ərazilərində separatizm ocaqları yaradır.
Beləliklə, demək olar ki, biz İkinci
Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq münasibətlər və təhlükəsizlik
sisteminin çökməsini müşahidə edirik. Yəqin ki, BMT, ATƏT, NATO və digər
beynəlxalq qurumların daxilində islahatların aparılması və yeni şəraitə
uyğunlaşdırılması prosesi qaçılmazdır. Bu proses isə həm xeyli vaxt aparacaq,
həm ciddi müzakirələrə səbəb olacaq.
Konkret olaraq, Azərbaycana gəldikdə,
Azərbaycan üçün də çox böyük təhlükələr mövcuddur. Adətən ermənilər öz məkrli
niyyətlərini həyata keçirmək üçün mütləq böyük beynəlxalq böhranları
gözləyirlər. Çar Rusiyası dağılanda Azərbaycanın tarixi ərazilərində Ermənistan
Respublikası yaradıldı. SSRİ dağılanda ermənilər fürsətdən istifadə edib
Rusiyanın dəstəyi ilə Azərbaycanın Qarabağ ərazilərini işğal etdilər. İndi yeni
bir beynəlxalq böhran başlayan kimi Ermənistan birmənalı olaraq Rusiyanın
addımlarını dəstəklədi. Başqa heç bir ölkə Krımın işğalını Ermənistan kimi
birmənalı dəstəkləmədi. Bu, İrəvanın məkrli planının tərkib hissəsi hesab oluna
bilər.
Ermənistan Dağlıq Qarabağda qondarma
referendum keçirməklə bu ərazinin müstəqilliyini dünyaya tanıtmaq istəyir. Ona
görə də mən hesab edirəm ki, yaranmış beynəlxalq böhranda bizi həm Qarabağ
məsələsində çox ciddi təhlükələr gözləyə bilər, həm də ümumiyyətlə,
Azərbaycanın müstəqil xarici siyasətinə qarşı təhlükələr ola bilər. Artıq
gözləmək olar ki, Azərbaycanı da Gömrük İttifaqına məcburi daxil etmək üçün
müxtəlif təzyiq mexanizmlərinə əl atıla bilər. Təzyiq vasitəsi kimi Qarabağ
məsələsindən, şimal bölgəmizdə və ya cənuba hansısa separatçı hərəkətləri
stimullaşdırmaqdan istifadə etməkləri istisna deyil. Azərbaycanın suverenliyinə
və ərazi bütövlüyünə qarşı belə təhlükələr qat-qat artıb. Belə bir məqamda
təbii ki, həm dövlət tərəfindən ciddi işlər görülməlidir. Eyni zamanda
Azərbaycanın demokratik qüvvələrinin, vətəndaş cəmiyyətinin diqqəti artmalıdır.
Mənim bu yaxınlarda Qərb ölkələrinin bir sıra böyük dövlətlərinin səfirləri ilə
ünsiyyətim olub. Bu məsələlərlə bağlı müzakirə aparmışıq və ciddi narahatlıq
hamıda var. Gələn ayın əvvəlində Avropaya səfərim olacaq. Sonra isə ABŞ-a
səfərim nəzərdə tutulub. Bizim siyasətçilərlə, strateji və beynəlxalq
tədqiqatlar üzrə aparıcı Qərb institutları ilə əməkdaşlığımız
gücləndirilməlidir, yaranmış durum ciddi müzakirə edilməlidir.
- Xarici təzyiqlər və təhlükələr
qarşısında istənilən ölkənin dirəniş göstərə bilməsini şərtləndirən amillərdən
biri hakimiyyətlə cəmiyyət və müxalifətin həmrəyliyi, əməkdaşlığı, milli
həmrəylik faktorudur. Azərbaycanda bu faktorlar qənaətbəxş hesab edilə bilərmi?
- Şübhə yoxdur ki, ölkənin daxili və xarici siyasəti bir vəhdət təşkil etməlidir. Daxili siyasət fundament rolunu oynayır. Daxili siyasətə uyğun da xarici siyasət qurulmalıdır. O ölkələrdə ki, daxili siyasətlə xarici siyasət uzlaşmır, orada sabitlik sual altında olur. Ona görə də Azərbaycanın son illərdə Qərblə siyasət sahəsində əməkdaşlığa yönəlik bəyanatları və şüarları mütləq gərək daxili siyasətdə də öz əksini tapaydı. Təəssüf ki, bu, belə olmadı. Daxili siyasətlə bağlı bir çox sahələrdə görürük ki, Azərbaycanda model daha çox Rusiya lehinə ildən-ilə yaxınlaşır. Xarici siyasətdə isə ABŞ-la, Avropa ilə, NATO ilə inteqrasiya barədə yüksək səviyyədə bəyanatlar verilir. Yaxşı olardı ki, daxili və xarici siyasət uzlaşan istiqamətdə getsin. Məhz belə olanda qeyd etdiyiniz amil yüksək səviyyədə təmin olunmuş olur.
Odur ki, bizim həm xarici siyasətimiz, həm daxili siyasətimiz vəhdət təşkil eləməlidir. İqtidar-müxalifət münasibətləri demokratiyaya əsaslanmalıdır. Ölkənin inkişafı ilə bağlı müxtəlif fikirlər ola bilər. Ancaq ümummilli məsələlərdə, xüsusən də indi Ukraynadan başlayan məlum hadisələr fonunda ümummilli məsələlərdə iqtidarla müxalifət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq olmalıdır. Ukrayna hadisələri göstərdi ki, Azərbaycan hansısa okeanın ortasında bir ada deyil ki, heç kimi tanımadan, heç kimi dinləmədən yaşasın. Ukraynanın əksər məsələlərdə potensialı Azərbaycandan on dəfələrlə çoxdur. Ukrayna məlum vəziyyətlə qarşılaşırsa, deməli, Azərbaycan təhlükələrin qarşısını almaq üçün xarici və daxili siyasətini ciddi şəkildə uzlaşdırmalıdır və hansısa etibarlı beynəlxalq təhlükəsizlik sisteminin üzvü olmalıdır. Bu, çox ciddi məsələdir.
- Sizcə, Ermənistan və ya separatçı
Dağlıq Qarabağ rejimi Rusiyaya «DQR»i tanımaq üçün, yaxud da Dağlıq Qarabağa
Rusiya hərbi qüvvələrinin göndərilməsi üçün rəsmi müraciət etsə, Kremldən
müraciətə müsbət cavab verilməsi təhlükəsi varmı?
- Beynəlxalq siyasət məsələləri ilə məşğul olan və ya bu yöndə təcrübəsi olan adamlar bilirlər ki, təhlükə hətta 10 faiz, 20 faiz olanda da onu nəzərə almaq və sıfıra endirməyə çalışmaq lazımdır ki, böyüməsin, reallaşmasın. Bu mənada siz dediyiniz məsələlərdə Azərbaycan üçün çox ciddi təhlükələr var. Bu təhlükələrin həyata keçməsi ehtimalı bu gün 20 faizdirsə, artıq böyük təhlükədir, real təhlükədir. Nəzərə alın ki, burada Rusiyanın maraqları bir neçə istiqamətdə ermənilərin maraqları ilə üst-üstə düşə bilər. Beynəlxalq birliyin, Qərbin Krımdan diqqətini yayındırmaq üçün başqa bölgələrdə də analoji hadisələrin baş verməsi Moskvanın marağındadır. Bu, Dnestryanı bölgə də ola bilər, Dağlıq Qarabağ bölgəsi də. Düzdür, bu təhlükəni beynəlxalq qurumlar da nəzərə alırlar. Son dövrlərdə aparıcı Qərb ölkələrinin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərimdə də bunu müşahidə etmişəm. Mən bilirəm ki, bu təhlükələrin qarşısını almaq üçün də pərdə arxasında ciddi səylər göstərilir.
Azərbaycan arxayın oturmamalıdır. Belə hallarda ən pis variantlara cəmiyyəti hazırlamaq lazımdır. Dövlət ən pis variantlara hazır olmalıdır. Yaxşı variant onsuz da xeyir gətirəcək. Özümüzü hazırlamalıyıq ki, Azərbaycan üçün ciddi təhlükələr var və bu təhlükələri dəf etmək istiqamətində addımlar ataq.
- Azərbaycan hakimiyyətinin daxilində son vaxtlar cərəyan edən proseslərə keçid etmək istəyirik. Mart ayında ən səs-küylü hadisə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılması oldu. Mediada Elnur Aslanovun işdən çıxarılmasının səbəbi kimi onun Fətullah Gülənin Hizmət Hərəkatının Azərbaycan uzantısının əsas fiquru olması göstərildi. Qeyd olunur ki, iqtidar nurçuların hakimiyyət qollarında kök atmasından narahatlıq keçirdiyi üçün təmizləmə qərarı verib. Siz xeyli müddət Prezident Administrasiyasında mühüm vəzifədə çalışmısınız. Azərbaycan hakimiyyətində nurçular məsələsi yenidir, yoxsa sizin işlədiyiniz dövrdə də var idi? Hizmət Hərəkatı Azərbaycanda doğrudanmı hakimiyyəti narahat edəcək səviyyədə kök atıb, güclənib?
(davamı gələn sayımızda)